Green Tech Green Tech
  • 555

Logistika üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Logistika üzrə mütəxəssis

  • Истекает 24 январь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Green Tech” MMC şirkəti  “Logistika üzrə mütəxəssis” (bəy namizəd) vəzifəsinə işə qəbul elan edir.

Vəzifə və öhdəliklər:

  • İxrac olunan məhsulun təyinat nöqtəsinə vaxtında çatdırılmasını təmin etmək;
  • Yüklənəcək nəqliyyat vasitələrinin müvafiq ünvanlara yönləndirilməsi, sürücülər və logistika şirkətləri ilə işin təşkili;
  • Müştərilərə sifarişlərin icra gedişi, çatdırılmanın mərhələləri və cari statusu barədə mütəmadi və dəqiq məlumatların verilməsi, yaranan sualların operativ şəkildə cavablandırılması;
  • Daşımalar zamanı qarşıya çıxan bütün problemlərin operativ şəkildə həll edilməsi, müştəri və sürücülərlə əlaqələrin koordinasiyası, logistika proseslərinin fasiləsiz davam etməsinin təmin olunması;
  • Nəqliyyat xərclərinin proqramda düzgün və vaxtında qeyd edilməsi, xərclərin izlənməsi və hesabatların hazırlanması.

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Menecment, Logistika və ya əlaqəli sahələr üstünlükdür);
  • Logistika və daşımalar sahəsində minimum 1-3 il iş təcrübəsi;
  • Rus-dili mükəmməl (ingilis dili arzu ediləndir);
  • Microsoft Office proqramları, 1C 8.3 ERP və logistika proqramları ilə işləmək bacarığı;
  • Təşkilatçılıq və vaxt idarəetmə bacarıqları;
  • Problemləri operativ və səmərəli şəkildə həll etmə qabiliyyəti;
  • Komanda ilə işləmək bacarığı və müştəri yönümlü yanaşma;
  • Yüksək səviyyədə məsuliyyət və təşəbbüskarlıq;

İş barədə məlumat

  • 5 günlük iş həftəsi (09:00-18:00)
  • Iş yeri Binə qəsəbəsində yerləşir;
  • Koroğlu mt/s servis avtobusu vardır;
  • Nahar şirkət tərəfindən təmin edilir..
  • Əmək haqqı razılaşma yolu ilə.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını e-mail-in mövzu hissəsində “Logistika üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly356
  • Monthly2036