İş şəraiti:
- İş qrafiki: 5 günlük iş həftəsi, saat 09:00–18:00;
- İstirahət günləri: şənbə və bazar;
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq, müsahibə zamanı razılaşdırılır;
- Nahar şirkət tərəfindən təmin edilir.
- Ünvan: Bakı şəhəri, Xətai Rayonu, Həzi Aslanov qəs. Camal Hacıəliyev kücəsi
Əsas Vəzifələr:
- Şirkətə müraciət edən şəxslərin, keçirilən görüşlərin və daxil olan müraciətlərin qeydiyyatını aparmaq;
- Daxil olan sənədləri qəbul etmək, yoxlamaq və aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirmək;
- Şirkətə gələn qonaqları qarşılamaq və müvafiq şəxslərə və ya struktur bölmələrə yönləndirmək;
- Şirkətin rəsmi sosial media hesablarının idarə edilməsini və SMM fəaliyyətinin həyata keçirilməsini təmin etmək;
- Vəzifə öhdəliklərini müəyyən edilmiş müddətlərdə və müvafiq tələblərə uyğun şəkildə yerinə yetirmək;
- Birbaşa rəhbəri tərəfindən verilən tapşırıqları vaxtında, keyfiyyətlə və düzgün icra etmək.
Namizədə tələblər:
- Namizəd xanım olmalıdır;
- Yaş həddi: 24–35;
- MS Office proqramları üzrə bilik və praktiki istifadə bacarığı;
- İşində dəqiqlik, intizam və yüksək məsuliyyətlilik;
- Komandada işləmək və ünsiyyət qurmaq bacarığı;
- Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı.
CV faylını “Qeydiyyatçı (Resepşn)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərsiniz.
Əlaqə nömrəsi: +994 10 265 56 55