Tikinti sahəsində fəaliyyət göstərən şirkətimizə material uçotunu dəqiq və məsuliyyətli şəkildə idarə edə biləcək Anbardar axtarılır.
Əsas vəzifələr:
- Anbara daxil olan materialların qəbulu və sayılması;
- Materialların sənədlərlə uyğunluğunun yoxlanılması;
- Giriş və çıxış əməliyyatlarının gündəlik qeydiyyatı;
- Sahələrə və briqadalara verilən materialların sənədləşdirilməsi;
- Material qalıqlarının daim aktual saxlanılması;
- Minimum ehtiyat səviyyəsinin izlənməsi;
- Qaimə və təhvil-təslim sənədlərinin düzgün aparılması;
- Dövri inventarizasiyaların keçirilməsi;
- Faktiki qalıqla uçotdakı qalığın uyğunluğunun yoxlanılması;
- Material itkisi və çatışmazlıqların vaxtında rəhbərliyə bildirilməsi;
- Satınalma, mühasibatlıq və sahə rəhbərləri ilə koordinasiyalı işləmək;
- Anbarın səliqə və təhlükəsiz saxlanılmasına nəzarət.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- Anbar və ya material uçotu sahəsində iş təcrübəsi;
- Tikinti materiallarını tanımaq üstünlükdür;
- Excel proqramında işləmək bacarığı;
- Uçot və sənədləşmədə dəqiqlik;
- Məsuliyyətli və intizamlı olmaq;
- Tikinti şirkətində anbardar təcrübəsi üstünlükdür.
Sınaq müddəti: 3 ay
Əməkhaqqı: 1500 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.