Tikinti sahəsində fəaliyyət göstərən şirkətimizə gündəlik maliyyə və mühasibat əməliyyatlarını tam və sistemli şəkildə idarə edə biləcək Mühasib axtarılır.
Əsas vəzifələr:
- Gündəlik kassa əməliyyatlarının aparılması;
- Bank və ödəniş əməliyyatlarının işlənməsi;
- Mədaxil və məxaric sənədlərinin uçotu;
- 1C və Excel proqramlarında gündəlik əməliyyatların işlənməsi;
- Debitor və kreditor borclarının aktual saxlanılması;
- Təchizatçı və podratçılarla hesablaşmaların izlənməsi;
- Əməkhaqqı və daxili hesablaşmalar üzrə məlumatların hazırlanması;
- İlkin mühasibat sənədlərinin toplanması və yoxlanılması;
- Layihələr üzrə xərclərin ayrıca uçotunun aparılması;
- Rəhbərliyə gündəlik pul qalığı və ödəniş hesabatlarının təqdim olunması;
- Consulting mühasibatlıq şirkəti ilə məlumat mübadiləsinin vaxtında həyata keçirilməsi.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- Mühasibatlıq və ya maliyyə sahəsində praktiki iş təcrübəsi;
- Kassa və bank əməliyyatları üzrə təcrübə;
- 1C proqramını yaxşı bilmək;
- Excel proqramında sərbəst işləmək;
- Debitor/kreditor və ilkin sənədlərlə işləmə bacarığı;
- Dəqiqlik, məsuliyyət və yüksək iş intizamı;
- Tikinti şirkətində iş təcrübəsi üstünlükdür.
Sınaq müddəti: 3 ay
Əməkhaqqı: 1000 - AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.