Vəzifə öhdəlikləri:
- Günlük, aylıq və illik Cash Flow-un hazırlanması, icrası və nəzarəti
- Büdcəyə uyğun olaraq bütün ödənişlərin planlaşdırılması və təsdiqlənməsi
- Daxilolmalar, ödənişlər və hesab qalıqları üzrə operativ nəzarət
- Likvidliyin təmin olunması və kassa boşluqlarının qabaqcadan proqnozlaşdırılması
- DSCR, Debt Ratio, Interest Coverage kimi likvidlik və borclanma göstəricilərinin hesablanması
- Bank hesablarının, valyuta əməliyyatlarının və online bankinq sistemlərinin idarə olunması
- Banklarla kredit xətləri, overdraft, zəmanət, akkreditiv və digər bank alətləri üzrə danışıqların aparılması
- Kreditlərin qrafiklərinin, faiz hesablamalarının və gecikmələrin nəzarətdə saxlanması
- Lizinq ödəniş planlarının hazırlanması, əsas borc/faiz bölgüsü və refinans ehtiyacının analizi
- Banklarla restrukturizasiya və refinans proseslərinin idarə olunması
- Bütün ödənişlərin yalnız Cash Flow-a uyğun şəkildə təsdiqi (vendor, supplier, leasing, kredit faizləri və s.)
- “Manual Payment Restriction” sisteminin tətbiqi
- İkili təsdiq mexanizminin (4-eyes principle) qurulması və idarə olunması
- Büdcə vs Fakt xərclərin real-time nəzarəti
- Büdcədən kənar ödənişlər üçün limit və icazə mexanizminin yaradılması
- Aylıq hesabatların hazırlanması:Treasury ReportBank, Balances Report, Debt Position Report
- Audit və daxili yoxlamalar üçün xəzinədarlıq sənədlərinin düzgün və tam şəkildə hazırlanması
Tələblər:
- Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya uyğun sahə üzrə ali təhsil
- Xəzinədarlıq, maliyyə nəzarəti və ya bank sahəsində minimum 5–7 il iş təcrübəsi
- Azərbaycan dili səlis, İngilis dili yaxşı səviyyədə, Rus dili (üstünlükdür)
- Cash Flow Management, Budget Control və Payment Control üzrə yüksək bilik
- Bank əməliyyatları, ödəniş sistemləri və kredit alətləri üzrə praktiki təcrübə
- Excel üzrə yüksək səviyyə; maliyyə modelləşməsi üzrə yüksək səviyyə bacarıqlar
- (cash flow model, debt model) bacarıqları
- ERP/Maliyyə sistemləri (SAP, 1C, Navision və s.) ilə işləmə bacarığı üstünlükdür
- Analitik düşüncə, yüksək məsuliyyət və stressə davamlılıq
- Bank alətləri ilə real iş təcrübəsi: (overdraft, revolving, creditfactoring, guarantee)
İş haqqında məlumat:
- İş qrafiki: 09:00-18:00
- Əmək haqqı müsahibə əsasında təyin ediləcək
- İş ünvanı: Toyota Abşeron Mərkəzi (Masazır dairəsinin yanı)
Tələblərə cavab verən namizədlər öz CV formalarını başlıq hissəsində “Baş Xəzinədar” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.