Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru, Ford, Toyota və Neta avtomobil brendlərinin rəsmi distribyutoru “Call Center Agent” vəzifəsinə işçi qəbulu elan edir.
Vəzifə öhdəlikləri:
- Müştərilərdən gələn müraciətləri bütün müraciət kanallarından qəbul etmək və onların sorğularına cavab vermək;
- Telesatış vasitəsilə şirkətin xidmətlərini təqdim etmək və satışını həyata keçirmək;
- CRM sistemində məlumatları qeyd etmək və yeniləmək.
Namizədlərə tələblər:
- Müştəri xidmətləri və ya telesatış sahəsində təcrübə üstünlükdür;
- Azərbaycan və rus dillərində səlis danışıq qabiliyyəti, ingilis dili arzuolunandır;
- Müştərilərlə mehriban və peşəkar ünsiyyət qurma bacarığı;
- Komanda ilə işləməyi bacaran, təşəbbüskar və məsuliyyətli;
- Yüksək satış bacarığı və nəticəyə yönümlü düşüncə tərzi;
- Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
- Fikrini izah etmə qabliyyəti və ünsiyyət yaratmaq bacarığı yüksək səviyyədə olmalıdır;
- Fəal və işə planlı yanaşma.
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Call Center Agent" qeyd etməklə elektron poçt ünvanına göndərsinlər.