Vəzifə öhdəliklər:
Məlumat Toplama və Hazırlama:
- Avtomobil satışları, müştəri məlumatları, marketinq kampaniyaları və xidmət göstəriciləri kimi məlumatları toplamaq.
- Məlumatların təmizlənməsi, təşkil edilməsi və analiz üçün hazır hala gətirilməsi.
- Müxtəlif mənbələrdən (CRM sistemləri, DMS, sosial media, marketinq platformaları) məlumatları inteqrasiya etmək.
Analitik Modellərin Hazırlanması:
- Müştəri davranışı və alış trendlərini proqnozlaşdırmaq üçün statistik modellər hazırlamaq.
- Satış funneli analizi üçün maşın öyrənmə alqoritmləri qurmaq və effektivliyi ölçmək.
- Müştəri seqmentasiyası üçün klaster analizi tətbiq etmək.
- Potensial müştəriləri müəyyənləşdirmək üçün lead scoring sistemləri qurmaq.
Marketinq və Satış Analizi:
- Marketinq kampaniyalarının ROI-sini ölçmək və optimallaşdırma üçün tövsiyələr vermək.
- Müxtəlif avtomobil modellərinin satış performansını analiz etmək və proqnozlaşdırmaq.
- Regional və brend bazar payını müəyyən etmək.
- Texniki Sistemlərin İdarə Edilməsi və İnkişafı:
- CRM və DMS sistemlərində olan məlumatları analiz üçün istifadə etmək.
- Satış, servis və müştəri şikayətləri ilə bağlı verilənləri avtomatlaşdırılmış hesabatlara çevirmək.
- Məlumat bazalarını idarə etmək və onların effektiv işləməsini təmin etmək.
Optimizasiya və Proqnozlaşdırma:
- Avtomobil ehtiyatlarının optimallaşdırılması üçün proqnozlaşdırma modelləri qurmaq.
- Servis mərkəzlərində təmir işləri və ehtiyat hissələrinin tələbini proqnozlaşdırmaq.
- Yeni modellərin satış potensialını analiz etmək və bazar strategiyasını dəstəkləmək.
- Vizualizasiya və Hesabatlandırma:
- İdarəçilər və menecerlər üçün vizual hesabatlar və dashboard-lar hazırlamaq.
- Satış komandası və marketinq qrupu üçün anlayışlı və nəticəyə yönümlü məlumat təqdimatı etmək.
- İllik və rüblük performans hesabatlarını hazırlamaq.
- İnteqrasiya və Avtomatlaşdırma:
- Satış və marketinq kampaniyalarının avtomatlaşdırılması üçün data-driven həllər təklif etmək.
- Müştəri təcrübəsinin artırılması üçün süni intellekt və maşın öyrənmə modelləri tətbiq etmək.
- Məlumat axınını optimallaşdırmaq üçün yeni texnologiyaları tətbiq etmək.
Araşdırma və İnnovasiya:
- Bazar araşdırmaları aparmaq və avtomobil sənayesindəki yeni trendləri analiz etmək.
- Yeni texnologiyaların tətbiqi üçün tövsiyələr hazırlamaq.
- Elektrik və hibrid avtomobil bazarını daha yaxşı başa düşmək üçün məlumat analizi etmək.
Təhlükəsizlik və Məxfilik:
- Məlumat təhlükəsizliyi standartlarına riayət etmək.
- Müştəri məlumatlarının məxfiliyini qorumaq və GDPR kimi tənzimləyici qaydalara əməl etmək.
Tələb olunan təcrübə, bacarıq və səriştələr:
- Data elmləri (Data Science), statistika, riyaziyyat, kompüter elmləri, biznes analitikası və ya əlaqədar sahədə bakalavr və ya magistr dərəcəsi;
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan, ingilis və rus dillərinin mükəmməl biliyi;
- SQL və data analitikasına dair proqramlaşdırma dilləri (Python) üzrə yüksək biliklər;
- MS Office proqramları və mükəmməl MS Excel bilikləri;
- Kompleks analitik layihələrin hazırlanması və həyata keçirilməsi üzrə təcrübə;
- Maşın öyrənməsi (ML) və statistik təhlil üsullarının tətbiqi üzrə bilik və təcrübə;
- Müxtəlif növ data bazası və data bazaları ilə işləmək təcrübəsi;
- Dataların idarə olunması və idarəetmə prinsiplərinin anlayışı;
- Dataların vizuallaşdırılması alətləri və idarə panelinin yaradılması ilə bağlı təcrübə;
- Analitik proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üzrə bacarıqlar;
- Analitik alətlərlə (məsələn, DataIKU, Alteryx) təcrübə üstünlük təşkil edir;
- Yüksək ünsiyyət, qarşılıqlı əlaqə və problemləri həll etmək bacarığı;
- Komanda işinin təşkili.
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Data Scientist" qeyd etməklə elektron poçt ünvanına göndərsinlər.