Maliyyə əməliyyatları, xəzinə və bank hesablaşmaları üzrə mütəxəssis (müvəqqəti)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Maliyyə əməliyyatları, xəzinə və bank hesablaşmaları üzrə mütəxəssis (müvəqqəti)

  • Истекает 24 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Komandamıza dekret məzuniyyəti dövrü üçün məsuliyyətli və diqqətli Xəzinadar axtarırıq. Bu rol gündəlik maliyyə əməliyyatlarının düzgün və vaxtında icrasını təmin etmək baxımından vacibdir.

Əsas vəzifələr:

  • Gündəlik bank əməliyyatlarının icrası və internet bankçılıq üzərindən ödənişlərin hazırlanması 
  • Daxil olan və çıxan ödənişlərin nəzarəti, təsdiqi və üzləşdirilməsi 
  • Debitor borcların izlənməsi, ödənişlərin uçotu və hesabatı 
  • Kreditor öhdəliklərinin vaxtında ödənilməsi və nəzarəti 
  • Müştəri və təchizatçılarla hesablaşmaların uzlaşdırılması 
  • Bank çıxarışlarının yoxlanılması və 1C sisteminə işlənməsi 
  • Gündəlik cash flow və ödəniş planlamasına dəstək 
  • Kassa əməliyyatlarının aparılması və nəzarəti 
  • Maliyyə sənədlərinin hazırlanması və arxivləşdirilməsi

Tələblər:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə təhsil 
  • Bank əməliyyatları, debitor və kreditor hesablaşmaları üzrə ilkin təcrübə üstünlükdür 
  • 1C proqramında sərbəst işləmək bacarığı 
  • Excel-də baza və ya orta səviyyə biliklər (Pivot, VLOOKUP üstünlükdür)
  • Ödəniş tapşırıqları və bank sənədləri ilə işləmə bacarığı 
  • Analitik düşüncə və detallara diqqət 
  • Vaxtında işlərin icrası və məsuliyyətlilik

Biz nə təklif edirik:

  • Peşəkar və dəstəkçi iş mühiti 
  • Təcrübə qazanmaq və inkişaf imkanları 
  • Sabit və strukturlaşdırılmış iş prosesi 
  • Gələcəkdə daimi iş imkanının yaranma ehtimalı 
  • Əmək Haqqı: 1000-1200 AZN

Əgər siz maliyyə sahəsində karyeranıza başlamaq və ya inkişaf etdirmək istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Xəzinədar" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

  • Daily0
  • Weekly602
  • Monthly2311