Vəzifə öhdəlikləri:
- Vergi Məcəlləsinə uyğun olaraq aşağıdakı vergi hesabatlarının hazırlanması və təqdim olunması:
- ƏDV,Mənfəət vergisi,Sadələşdirilmiş vergi,Əmlak vergisi,Torpaq vergisi,ÖMV (Ödəmə mənbəyində vergi),DSMF və Statistika hesabatları
- Aylıq debitor və kreditor borclar üzrə hesabatların hazırlanması
- Gəlir və xərclərin uçotuna nəzarət, daxili yoxlama tədbirlərinin həyata keçirilməsi
- Ay sonu bağlanış prosesində vergi əməliyyatlarının düzgünlüyünün yoxlanılması və rəhbərliyə təqdim olunması
- Vergi uçotunun dəqiq və sistemli təşkili
- Vergi öhdəliklərinin yerinə yetirilməsi məqsədilə ödəniş planlamasında iştirak
- Dövri vergi hesabatlarının (balans, mənfəət-zərər, pul vəsaitlərinin hərəkəti və s.) hazırlanaraq rəhbərliyə təqdim olunması
Namizədə tələblər:
- Yaş: 20 – 35
- Vergi, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində ali təhsil
- Mühasibatlıq sahəsində minimum 1-3 il iş təcrübəsi (Satış sahəsində təcrübəsi olanlara üstünlük verilir)
- Azərbaycan Respublikasının Vergi və Əmək Məcəlləsi üzrə ətraflı bilik
- 1C, BTP (vergi portalı), DSMF və Statistika portalları ilə işləmə bacarığı
- MS Excel və digər MS Office proqramlarında yüksək səviyyədə bilik
- Yüksək hesabatlılıq, detallara diqqət, analitik düşüncə və təşəbbüskarlıq
- Yüksək məsuliyyət, dürüstlük və məxfi məlumatlarla işləmə mədəniyyəti
İş şəraiti:
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
- İş yeri: Toyota Abşeron Mərkəzi, Bakı-Sumqayıt şosesi 6 km
- İş saatı: 09:00 – 18:00 (Həftənin 5 günü)
Tələblərə cavab verən namizədlər CV formalarını başlıq hisəssində “Mühasib köməkçisi” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.