Avtomobil sahəsində fəaliyyət göstərən şirkətimizə Servis məsləhətçisi vəzifəsi üzrə namizəd axtarılır.
Əsas vəzifə öhdəlikləri
- Müştərilərin operativ, nəzakətli və peşəkar şəkildə qarşılanması;
- Müştəri müraciətlərinin dinlənilməsi, xidmət ehtiyaclarının müəyyən edilməsi və düzgün yönləndirilməsi;
- Servis xidmətləri, təmir işləri, ehtiyat hissələri və görüləcək işlərin müddəti barədə müştərilərə məlumat verilməsi;
- Avtomobillərin servisə qəbulu prosesinin şirkətin daxili qaydalarına uyğun həyata keçirilməsi;
- İş kartlarının açılması, məlumatların sistemə düzgün daxil edilməsi və sənədləşmənin aparılması;
- Əlavə işlər və ehtiyat hissələri tələb olunduqda müştərinin məlumatlandırılması və təsdiqinin alınması;
- Servis prosesi boyunca müştəri və servis komandası arasında koordinasiyanın təmin edilməsi;
- Müştərilərə növbəti dövri xidmət və təyinatlarla bağlı xatırlatmaların edilməsi;
- Xidmət satışları üzrə müəyyən edilmiş hədəflərin icrasına dəstək göstərilməsi;
- Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin yüksək səviyyədə təmin edilməsi.
Namizədə tələblər
- Ali təhsil;
- Müvafiq sahədə minimum 3–4 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməsi;
- Sürüçülük vəsigəsi
- Avtomobil sahəsi və servis prosesləri üzrə biliklər üstünlükdür;
- Müştəri xidməti və satış bacarıqları;
- Kompüter və daxili sistemlərlə işləmək bacarığı;
- Ünsiyyətcil, məsuliyyətli və nəticəyönümlü olmaq;
- Komanda ilə işləmək və stressli vəziyyətlərdə düzgün kommunikasiya qurmaq bacarığı.
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Servis məsləhətçisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.