Sürücü

  • Истекает 13 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Namizədə tələblər

  • Sürücülük təcrübəsi: minimum 2–3 il
  • Sürücülük vəsiqəsi: B kateqoriyası
  • Yaş həddi: minimum 35 yaş
  • Bakı şəhərinin küçə və yol şəbəkəsini yaxşı tanımaq
  • Yol hərəkəti qaydaları üzrə yüksək bilik

Şəxsi keyfiyyətlər:

  • stresə davamlılıq
  • intizamlılıq
  • məsuliyyətlilik
  • dürüstlük və etibarlılıq
  • etik davranış və ünsiyyət bacarığı

Vəzifə öhdəlikləri

  • Avtomobilin gündəlik texniki vəziyyətinə nəzarət etmək
  • Avtomobilin təmizliyini və saz vəziyyətdə saxlanmasını təmin etmək
  • Avtomobilin texniki baxışdan və planlı servis xidmətlərindən vaxtında keçməsini təmin etmək
  • Yol hərəkəti qaydalarına ciddi riayət etmək
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə icra etmək
  • Qonaqların təhlükəsiz və komfortlu daşınmasını təmin etmək
  • Məxfi sənədlərin daşınması zamanı məxfilik və təhlükəsizlik qaydalarına riayət etmək
  • Avtomobil yalnız xidməti məqsədlər üçün və rəhbərlik tərəfindən verilmiş tapşırıqlar əsasında istifadə olunmalıdır
  • Sürücü avtomobilin istifadəsi zamanı yanacaq sərfiyyatına, yürüş göstəricilərinə və texniki vəziyyətinə nəzarət etməlidir
  • Avtomobilin üçüncü şəxslərə verilməsi və ya istifadəsinə icazə verilməsi qəti qadağandır, yalnız rəhbərliyin yazılı və ya rəsmi tapşırığı ilə mümkündür
  • Avtomobildə aşkar edilən texniki nasazlıqlar dərhal məsul şəxslərə bildirilməlidir
  • Yol-nəqliyyat hadisəsi baş verdikdə sürücü dərhal müvafiq dövlət qurumlarına (yol polisi, sığorta və s.) məlumat verməlidir
  • Hadisə barədə şirkət rəhbərliyinə və məsul struktur bölməyə operativ şəkildə məlumat təqdim edilməlidir.
  • Hadisə ilə bağlı foto, video və digər sübut materialları mümkün olduğu qədər toplanmalıdır.

İş şəraiti

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
  • Korporativ mobil nömrə ilə təmin olunma
  • Stabil və peşəkar iş mühiti
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası üçün lazımi şəraitin yaradılması

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Sürücü" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

  • Daily0
  • Weekly554
  • Monthly1125