Vəzifə və öhdəliklər
- Hədəf sahələrin və şirkətlərin müəyyən edilməsi, müvafiq əlaqə şəxslərinin tapılması.
- Müştərilərlə görüşlərin keçirilməsi, onların proseslərinin, xərclərinin və avtomatlaşdırma ehtiyaclarının öyrənilməsi.
- Mühəndislərlə birlikdə obyektlərin müayinəsinin təşkili və həllə dair tələblərin formalaşdırılması.
- Robotların tətbiq variantlarının texniki imkanlar və obyektin şərtləri nəzərə alınmaqla seçilməsi.
- Texniki və maliyyə komandaları ilə birlikdə kommersiya təkliflərinin, təqdimatların və ROI hesablamalarının hazırlanması.
- Satınalma, lizinq və Robotics-as-a-Service (RaaS) variantlarının işlənib hazırlanması.
- Demonstrasiyaların və Live Reference (robotların işlədiyi obyektlər) ziyarətlərinin təşkili.
- Müştəri pipeline-nın aparılması: ehtiyacların, danışıqların mərhələsinin, növbəti addımların və müddətlərin qeyd edilməsi.
- Müştəri pilot layihələrinin hazırlığının koordinasiyası və razılaşdırılmış tələblərin tətbiq komandasına ötürülməsi.
Bilik və bacarıqlar
- Müştərinin biznes tapşırıqlarını müəyyən etmək və təklif olunan həllin faydasını izah etmək bacarığı.
- Təkliflərin, təqdimatların və əsas maliyyə hesablamalarının hazırlanması bacarığı.
- Mühəndislərlə birgə işləmək və texniki vədləri təklifə daxil etməzdən əvvəl yoxlamaq bacarığı.
Namizədə tələblər:
- B2B satışlar və ya texniki həllərin pre-sales sahəsində təcrübə.
- Azərbaycan dilini mükəmməl bilmək.
- İngilis və rus dillərində orta səviyyədə ünsiyyət bacarığı (müştərilərlə və istehsalçılarla ünsiyyət, materialların öyrənilməsi üçün).
- Görüşlərə və müştəri obyektlərinə səfərlərə hazır olmaq.
Biz təklif edirik:
- Peşəkar və inkişaf yönümlü iş mühiti
- Praktiki bilik və bacarıqları inkişaf etdirmək üçün şərait;
- Karyera inkişafı perspektivi
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “Pre-Sales & Market Development Specialist” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.