Paul restoranı “Baş Çörəkçi köməkçisi” vəzifəsinə vakansiya elan edir:
Vəzifə öhdəlikləri:
- Çörək və digər xəmir məhsullarının hazırlanması prosesinə nəzarət etmək
- Resept və texnoloji kartlara uyğun olaraq məhsulların keyfiyyətli hazırlanmasını təmin etmək
- Bakery bölməsində çalışan əməkdaşların işini koordinasiya etmək və tapşırıqlar vermək
- Gündəlik istehsal planına uyğun olaraq məhsulların hazırlanmasını təşkil etmək
- İstifadə olunan xammalın keyfiyyətini və düzgün saxlanılmasını nəzarətdə saxlamaq
- Mətbəxdə sanitariya və gigiyena qaydalarına riayət olunmasını təmin etmək
- Lazımi məhsulların və xammalın sifariş olunması üçün rəhbərliyə məlumat vermək
- Yeni reseptlərin hazırlanması və menyunun təkmilləşdirilməsi prosesində iştirak etmək
- Baş Çörəkçinin tapşırıqlarını yerinə yetirmək və onun olmadığı hallarda bakery bölməsinin idarə olunmasını təmin etmək
Namizədə dair tələblər:
- Təcrübə: Bakery və ya Pastry sahəsində minimum 3 il iş təcrübəsi;
- Çörək və xəmir məhsullarının hazırlanması texnologiyasını yaxşı bilmək;
- Komanda ilə işləmək və işçiləri koordinasiya etmək bacarığı;
- Qida təhlükəsizliyi və sanitariya qaydaları haqqında biliklər;
- Mətbəx avadanlıqları ilə işləmək bacarığı
- Yüksək məsuliyyətlilik və diqqətlilik
- İngilis dilində ünsiyyət bacarığı;
Təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- Əmək haqqı: 1000 AZN;
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: 6 günlük.
Maraqlanan namizədlər öz CV-lərini “Baş Çörəkçi köməkçisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.