Paul restoranı “Hostess” vəzifəsinə vakansiya elan edir!
Vəzifə öhdəlikləri:
- Qonaqları səmimi, nəzakətli və peşəkar şəkildə qarşılamaq və uyğun şəkildə yerləşdirmək
- Rezervasiyaları və gözləmə siyahılarını effektiv idarə etmək
- Qonaqlarla xidmət komandası arasında düzgün və fasiləsiz koordinasiyanı təmin etmək
- Qonaq axınını izləmək və oturma planını optimal şəkildə təşkil etmək
- Qonaqların sual və rəylərini diqqətlə və peşəkar şəkildə cavablandırmaq
- Brend standartlarına uyğun olaraq səliqəli və zərif görünüşü qorumaq
- Komanda ilə əməkdaşlıq edərək yüksək səviyyəli xidmət təcrübəsinin təqdim olunmasına dəstək vermək
Namizədə dair tələblər:
- Qonaqpərvərlik sahəsi üzrə minimum 1 il iş təcrübəsi
- Güclü ünsiyyət bacarıqları və qonaqlara xidmətə təbii yanaşma
- Səliqəli, özünə inamlı və detallara diqqət yetirən şəxsiyyət
- Sürətli iş mühitində sakitliyi və peşəkarlığı qorumaq bacarığı
- Rus və Azərbaycan dillərində sərbəst bilik (ingilis dili üstünlükdür)
Təminatlar:
- Qlobal miqyasda tanınan fransız brendini təmsil etmək imkanı
- Beynəlxalq sistem daxilində peşəkar inkişaf və karyera imkanları
- İş yeri (filial): PAUL Cinema, PAUL Port Baku
- Əmək haqqı aralığı: 600 / 700 + service charge
- İş qrafiki: 6 günlük.
Maraqlanan namizədlər öz CV-lərini “Hostess” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.