HR Generalist

  • Истекает 19 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

"Groupone" MMC “HR Generalist” vəzifəsinə vakansiya elan edir:

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyinə, daxili əsasnamə və prosedurlara uyğun olaraq işçilərin işə qəbulu, işdən azad olunması, vəzifə dəyişiklikləri, transfer və digər kadr əməliyyatlarının icra edilməsi;
  • İşçilərlə bağlı bütün kadr sənədlərinin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsinin təmin edilməsi;
  • Əmək müqavilələrinin, əlavələrin, əmrlərin və digər kadr sənədlərinin hazırlanması;
  • İşçilərlə bağlı bütün dəyişikliklərin müvafiq dövlət portallarına vaxtında və düzgün şəkildə daxil edilməsi;
  • Əmək kitabçalarının qeydiyyatının aparılması, yeni əmək kitabçalarının açılması və zərurət olduqda doldurulması;
  • Məzuniyyət qrafikinin hazırlanması, məzuniyyətlərin izlənilməsi və uçotunun aparılması;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və arxivləşdirilməsi;
  • İşçilərin müraciətləri əsasında arayış, xasiyyətnamə və digər rəsmi sənədlərin hazırlanması;
  • Yeni əməkdaşların işə qəbul və adaptasiya prosesinin koordinasiya olunması;
  • Vakansiya elanlarının hazırlanması və paylaşılması;
  • Namizədlərin ilkin dəyərləndirilməsi, müsahibələrin təşkili və seçim prosesində iştirak; 
  • Əcnəbi əməkdaşlarla bağlı miqrasiya sənədlərinin hazırlanması, izlənilməsi və miqrasiya proseslərinin koordinasiya olunması;
  • Miqrasiya ilə bağlı icazələrin, qeydiyyat və digər zəruri sənədlərin müddətlərinə nəzarət edilməsi və yenilənmə prosesinin təşkili;
  • İşçilərin gündəlik davamiyyətinin (tabel) izlənilməsi, tabel məlumatlarının hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
  • Restoran əməliyyat komandası ilə sıx əməkdaşlıq edərək işçi ehtiyaclarının vaxtında qarşılanmasının təmin edilməsi;
  • HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • İşçi intizamı, daxili qaydalar və əmək münasibətləri ilə bağlı məsələlərin operativ həllinə dəstək göstərilməsi.

Namizədə dair tələblər:

  • Ali təhsil (idarəetmə, biznesin təşkili və ya əlaqəli sahə üzrə üstünlükdür);
  • Restoran və ya hotel sferasında İnsan Resursları sahəsi üzrə minimum 3-4 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
  • MS Office (xüsusilə MS Excel yaxşı səviyyədə bilməli) işləmək bacarığı;
  • Azərbaycan və Rus dil biliyi (şifahi və yazılı) mütləqdir;
  • Güclü ünsiyyət, təşkilatçılıq və koordinasiya bacarığı;
  • Komandada işləmək və eyni zamanda müstəqil qərarvermə bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar, detallara diqqətli və operativ olmaq;
  • Çoxşaxəli iş mühitində işləmək bacarığı.
  • İşində motivasiyalı, öyrənməyə açıq və təşəbbüskar olması arzu olunandır.

İş şəraiti:

  • İş saatları: 09:00 – 18:00;  
  • Nahar fasiləsi: 13:00-14:00;
  • İstirahət günü: Şənbə, Bazar;
  • İş yeri: Bakı şəhəri, Globus Center; 
  • Nahar şirkət tərəfindən verilir;
  • Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
  • Əmək haqqı: 900-1000 AZN.

Uyğun namizədlər öz CV-lərini “HR Generalist” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

  • Daily0
  • Weekly475
  • Monthly1605