Əsas Vəzifələr:
- Gündəlik, cari mühasibatlıq əməliyyatlarının aparılması;
- Ölkədaxili və ölkəxarici bank əməliyyatlarının 1C sistemində işlənilməsi;
- Debitor və kreditor uçotunun aparılması, ilkin sənədlərin (qaimə, faktura, aktlar və s.) yoxlanılması və sistemləşdirilməsi;
- Rəhbərliyin tələbinə uyğun olaraq tapşırıqların icra edilməsi
Namizədə Tələblər:
- Təhsil: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya biznesin idarə edilməsi üzrə ali təhsil;
- Təcrübə: Müvafiq sahədə azı 1-3 il iş təcrübəsi (konsalting şirkətində təcrübə üstünlükdür);
- Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə biliklər;
- Proqram təminatı: MS Office proqramlarında (xüsusilə MS Excel-də) və 1C 8.3. yaxşı səviyyədə işləmək bacarığı;
- Şəxsi keyfiyyətlər: Analitik düşüncə tərzi, detallara diqqət, məsuliyyət, vaxtın idarə edilməsi və komandada işləmək bacarığı.
- Ali təhsil;
- Mühasibatlıq sahəsində ilkin biliklər, 1-3 il iş təcrübəsi;
- MS Office proqramlarında və 1C 8.3. işləmək bacarığı;
- Məsuliyyətli və diqqətli olmaq;
- Komandada işləmək bacarığı.
İş şəraiti
- İş vaxtı: 6 günlük (6-ci gün qısaldılmış iş günü)
- Əmək haqqı razılama əsasında təyin olunacaq.
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanlarına göndərə bilərlər.