G Growth Consulting Services
  • 387

Growth Consulting Services

Professional Services

Satış üzrə təcrübəçi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Satış üzrə təcrübəçi

  • Истекает 3 май 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Təsvir:

Şirkətimizdə satış sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək istəyən və bu sahədə karyera qurmaq istəyənlər üçün təcrübə proqramı elan edir. Bu proqram sizə real iş mühitində praktiki təcrübə qazanmaq və peşəkar komanda ilə işləmək imkanı verəcək. Təcrübə müddətini uğurla bitirən namizədlər şirkətimizə işə qəbul ediləcək.

Vəzifə Öhdəlikləri:

  • Şirkətin təqdim etdiyi xidmətlər üzrə potensial müştəriləri araşdırmaq və onlarla əlaqə yaratmaq və müştəri bazasını genişləndirmək 
  • Şirkətin təqdim etdiyi xidmətlər (mühasibat uçotu, vergi hesabatları və s.) barədə müştərilərə ətraflı məlumat vermək
  • Şirkətin satış strategiyasını və satış texnikalarını öyrənmək və real satış proseslərində tətbiq etmək
  • Müştəri sorğularını qəbul etmək, onları uyğun şəxslərə yönləndirmək və izləyərək cavablandırılmasını təmin etmək
  • Rəhbərlik ilə birlikdə potensial müştərilərlə görüşlər təşkil etmək və danışıqlarda iştirak etmək
  • Müştəri məmnuniyyətinin ölçülməsi üçün sorğular aparmaq və nəticələri analiz etmək
  • Satış prosesində qarşılaşan problemləri müəyyən etmək və həlli üçün təkliflər vermək
  • Rəqiblərin təhlilini aparmaq və bazar araşdırmaları etmək
  • Rəhbərliyə və satış komandasına aylıq və həftəlik hesabatların hazırlanmasında dəstək olmaq

Tələblər:

Aşağıdakı göstəricilərə cavab verən şəxslərə üstünlük verilir:

  • Ali təhsil – Biznes, Marketinq, İqtisadiyyat sahələrində üstünlükdür
  • Satış və müştəri xidmətlərinə maraq
  • Yüksək ünsiyyət və təqdimat bacarıqları
  • Komanda ilə işləmə bacarığı
  • Azərbaycan dili səlis, rus dili arzuolunandır.
  • MS Office üzrə biliklər

Təcrübə şəraiti:

  • 5 günlük iş qrafiki 
  • Təcrübə müddəti: 3 ay
  • Ünvan: Koroğlu m/s, Arena Plaza, sonuncu blok, 8-ci mərtəbə

Qeyd olunan tələblərə uyğun namizədlər öz CV-lərini “Satış üzrə təcrübəçi” başlığı ilə Müraciət Et butonunda yerləşən e-mail ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily137
  • Weekly291
  • Monthly869