Tələblər:
- Memarlıq sahəsi üzrə ali təhsil (mütləqdir);
- Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
- Autocad proqramlarında peşəkar işləyə bilməli, Archicad bilməyi üstünlükdür;
- Tikinti normaları, qaydaları, bilmək mütləqdir;
- Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
- Obyektə ilkin baxış və ölçü işlərinin aparılması;
- İlkin eskiz layihənin hazırlanması;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı.
Vəzifələr:
- Layihə-dizayn işlərinin seçilmiş dizayn üslubuna və dizayn ideyasına uyğun olaraq müəyyən edilmiş vaxtda icrasını təmin etmək;
- Layihələrin memarlıq və dizayn hissəsinin işlənib hazırlanmasını həyata keçirmək;
- Seçilmiş dizayn üslubundan istifadə etməklə, qrafik dizayn ideyaları təqdim etmək;
- Müvafiq proqram təminatı vasitəsilə tikiləcək obyektin vizual dizayn konsepsiyasını hazırlamaq;
- Layihənin memarlıq, konstruksiya və digər hissələri ilə uyğunluğunu təmin edərək vizual dizayn konsepsiyası hazırlayarkən texniki cəhətdən mümkün olan, texniki şərtlərə cavab verən, qrafik dizaynlar hazırlamaq;
- Layihənin vizualizasiyası zamanı tikinti prosesində eksteryer və interyerdə istifadə ediləcək materialları və onların ölçülərini nəzərə almaq, onların texniki şərtnaməsini və spesifikasiyalarını hazırlamaq;
- Eskiz layihəni aidiyyəti şəxslərlə müzakirə etmək və razılaşdırmaq;
- Tikintinin layihələndirilməsində aidiyyəti şəxslərlə birgə işləmək;
- Baş memarın tələblərini və tapşırıqlarını məsuliyyətlə yerinə yetirmək.
İş şəraiti:
- İş yeri: Yevlax şəhəri
- 6 günlük iş qrafiki;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
- Vakansiya ilə bağlı müraciət üçün CV formasını Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə mövzu yerinə “Memar” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.