GT CARS avtomobil salonuna gülərüz, məsuliyyətli və ünsiyyət bacarığı yüksək olan resepşn əməkdaşı axtarılır. Namizəd salona müraciət edən müştəriləri qarşılamalı, onları düzgün istiqamətləndirməli və qeydiyyat prosesini həyata keçirməlidir.
Vəzifə öhdəlikləri
- Salona gələn müştəriləri gülərüz şəkildə qarşılamaq;
- Müştərilərin qeydiyyatını aparmaq;
- Müştəriləri aidiyyəti satış mütəxəssisinə yönləndirmək;
- Gündəlik qeydiyyat məlumatlarını düzgün şəkildə qeyd etmək;
- Salon daxilində müştəri məmnuniyyətinin təmin olunmasına dəstək olmaq.
Namizədə tələblər
- Xanım namizədlər axtarılır;
- Güclü ünsiyyət bacarığı və səlis nitq;
- Gülərüz, məsuliyyətli və səliqəli olmaq;
- Punktual və diqqətli olmaq;
- Komandada işləmək bacarığı;
- Kompüterdən ilkin səviyyədə istifadə bacarığı;
- Çin dilini bilən namizədlərə üstünlük verilir.
Əmək haqqı - 600–1000 AZN
Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. CV-də qeyd olunan əlaqə nömrəsinin aktiv (işlək) olması mütləqdir. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.