G GT LLC
  • 792

Sənədlərə nəzarət üzrə kiçik mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sənədlərə nəzarət üzrə kiçik mütəxəssis

  • Deadline 19 January 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifənin xülasəsi:

  • Sənədlərə nəzarət üzrə kiçik mütəxəssis şirkət daxilində ümumi kargüzarlıq tapşırıqlarının həllində fəal iştirak edəcək.
  • Siyasət və prosedurların ardıcıl və effektiv  tətbiq olunmasında dəstək verəcək və onların vaxtaşırı yenilənməsində iştirak edərək, gələcəkdə onların icrası ilə bağlı təlimatlarda köməklik göstərəcək

Əsas öhdəlikləri:

  • Müqavilələrin elektron qeydiyyatını və arxivini təşkil etmək;
  • Müqavilələr üzrə texniki işlər, kargüzarlığın aparılması;
  • Müqavilələrin elektron reyestr sistemini mütəmadi olaraq yoxlamaq və yeniləmək;
  • Sənədlərin müvafiq şablonlara uyğun tərtib olunmasını təmin etmək;
  • Daxil olan sənədlərin qəbul edilməsi və qeydiyyatın aparılması;
  • Sənədlərin aidiyyatı üzrə bölüşdürülməsi və icraçılara çatdırılması;
  • Sənədlərin surətini çıxarma, çoxaltma və elektronlaşdırma;
  • Sənədlərin arxivləşdirilməsi;
  • Müvafiq sənədlərin düzgün formatda saxlanılması (PDF, Word və s.) və adlandırılmasını təmin etmək;
  • Sənədlərin versiya izləməsini aparmaq (version control);
  • Səhv və ya uyğunsuz sənədləri müəyyən edib müvafiq düzəlişlərin edilməsini təmin etmək; 
  • Sənədlərin düzgün dövriyyəsi üçün digər departamentlərlə koordinasiya qurmaq;
  • Konfidensial sənədlərin təhlükəsizliyini təmin etmək;
  • Sənədləşmə işləri ilə bağlı dövri hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Aylıq və ya rüblük olaraq sənədlərin statusu haqqında məlumat vermək.
  • Göndərilən sənədlərin siyahısının hazırlanması.

Tələb olunan bacarıqlar:

  • Yaxşı yazı və şifahi ünsiyyət bacarıqları, bütün səviyyələrdə inamlı ünsiyyət qurma;
  • Təqdimat bacarığı;
  • Kompüter bacarıqları: MS Office proqramları (WORD, EXCEL, OUTLOOK, POWERPOİNT);
  • Mətnləri yazmaq və redaktə etmək bacarığı;
  • Məlumatların təşkili bacarıqları;
  • Rəsmi məktublar yazmaqda yaxşı bacarıq;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı. Rus dili – orta

Xahiş edirik CV-lərinizi mövzu bölməsində “Sənədlərə nəzarət üzrə kiçik mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərəsiniz.

  • Daily0
  • Weekly529
  • Monthly1665