G GT LLC
  • 517

Uyğunluq (compliance) üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Uyğunluq (compliance) üzrə aparıcı mütəxəssis

  • Deadline 3 January 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifənin xülasəsi:
Uyğunluq (compliance) üzrə mütəxəssis şöbənin Uyğunluq, CİPP və CEPP sahəsinə dair daxili qayda və prosedurlarının yazılması prosesində iştirak edəcək. Uyğunluq üzrə siyasət və prosedurların ardıcıl və effektiv  tətbiq olunmasında dəstək verəcək və onların vaxtaşırı yenilənməsində iştirak edərək, gələcəkdə onların icrası ilə bağlı təlimatlarda köməklik göstərəcək.
Əsas öhdəlikləri:

  • Uyğunluq və CİPP və CEPP sahəsinə dair daxili qayda və prosedurlarının yazılması prosesində iştirak edir və zəruri dəstəyi göstərir;
  • Uyğunluq və CİPP və CEPP sahəsində fəaliyyət üzrə qanunvericiliyin və daxili qayda və prosedurların tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirir;
  • Uyğunluq bölməsinin əməkdaşlarının fəaliyyətinə nəzarət edir, işlərin keyfiyyətli və vaxtında icra olunmasına cavabdehlik daşıyır;  
  • Yeni Qanun və Qaydaların şirkət daxilində tətbiqinin təmin edilməsi prosesində iştirak edir;
  • Şirkətin uyğunluq riskinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarəti üçün daxili prosedur və metodları, həmçinin görüləcək tədbirləri səlahiyyəti daxilində müəyyən edir;
  • Uyğunluq risklərinin əhatə olunduğu yeni tələblərlə əlaqədar şirkətdaxili kommunikasiyanı təmin edir;
  • Uyğunluq sahəsində fəaliyyət üzrə Bankın əməkdaşlarına məsləhətlər verir, onların  CİPP və CEPP sahəsi ilə əlaqəli sorğularını cavablandırır və bu istiqamətdə zəruri köməkliyini göstərir; 
  • Şirkətin əməkdaşları üçün CİPP və CEPP sahəsi, uyğunluq riskləri ilə əlaqədar təlim proqramının hazırlanması və aidiyyəti struktur bölmələrlə birgə proqramın icrası prosesində iştirak edir;
  • Şirkətin fəaliyyəti üzrə qərar vermə prosesində maraqlar münaqişəsini müəyyən edir və dövri olaraq qiymətləndirir;
  • Maliyyə monitorinqi orqanı, nəzarət orqanları tərəfindən uyğunluq sahəsi ilə əlaqədar göndərilmiş sorğuları onların müəyyən etdiyi müddətdə və formada cavablayır;
  • Daxili və xarici audit zamanı səlahiyyətinə aid məsələlər üzrə bütün lazımi dəstək və köməyi göstərir;
  • Müvafiq qanunlara, normalara, qaydalara və peşəkar standartlara uyğunluğu təmin edir;
  • Uyğunluq sisteminin idarə edilməsini təkmilləşdirilməsində iştirak edir;
  • Qaydaların, prosedurların və ya digər sənədlərin yazılması yolu ilə qanun, qayda və standartların düzgün yerinə yetirilməsi üçün təlimat materiallarının hazırlanmasında və Şirkət işçilərinin təlimində iştirak edir;
  • Uyğunluq riski ilə əlaqəli hadisələrin uçotunu aparır, araşdırmaları həyata keçirir,  izahatlar alır, onların baş vermə ehtimalını müəyyən edir;
  • Uyğunluq riskinin idarə edilməsi üçün daxili sənədlərin hazırlanmasında iştirak edir, Şirkətin və onun işçilərinin fəaliyyətində maraqların toqquşmasının aşkarlanmasınə həyata keçirir, idarə edilməsi və onların minimuma endirilməsinə yönəlmiş daxili sənədlərin hazırlanmasını təmin edir;
  • Müştəri şikayətlərinin (müraciətlərinin, ərizələrinin) dinamikasını təhlil edir və müştəri hüquqlarının Şirkət tərəfindən qorunmasına nəzarət edir;
  • Korporativ davranış qaydalarına və peşə etikasına riayət olunmasına yönəlmiş daxili sənədlərin tələblərinə Şirkətdə riayət olunmasına nəzarət edir;
  • Uyğunluq riskinin idarə edilməsi ilə bağlı Şirkətin daxili sənədlərində nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir;
  • Birbaşa rəhbərinə pozuntular nəticəsində əhəmiyyətli uyğunluq riskləri baş verdiyi halda növbədənkənar əsasda hesabatlar təqdim edir;
  • Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək, uyğunluq indiqatorları üzrə şirkətin mövqeyini qiymətləndirir;
  • İllik monitorinq planı əsasında Şirkətin bütün prosesləri üzrə uyğunluq monitorinqlər (yoxlamalar) həyata keçirmək, nəticə ilə bağlı birbaşa rəhbərinə hesabat və tövsiyə sənədini təqdim edir;
  • Monitorinqlər zamanı aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə müvafiq struktur bölmələr tərəfindən təqdim edilmiş tədbirlər planının razılaşdırılmış son icra tarixi çərçivəsində həyata keçirilməsi üzrə prosesi izləyir;
  • Qanunvericilik pozuntusuna səbəb ola biləcək risklərin aradan qaldırılması ilə əlaqədar görülməli olan tədbirlərin icrasına nəzarəti həyata keçirir;
  • Beynəlxalq İT şirkətləri bazarında uyğunluq funksiyasının təkmilləşdirilməsi ilə bağlı “best practice”-in araşdırılması və şirkət üzrə tətbiqini təmin edir;
  • Şirkətin yeni yaradılmış satış kanalları və barədə məlumatları (buraya həmin xidmətlərlə bağlı ictimaiyyətə açıq material, təqdimat, press-reliz, broşura və s. daxildir) üzrə qanunvericilik tələblərinə riayət edilməsi vəziyyətini yoxlayır;
  • Şirkət daxilində və işçilər arasında uyğunluq mədəniyyətinin formalaşmasını təmin edir;
  • Komplayens nəzarət şöbəsinin rəhbəri tərəfindən verilən digər tapşırıqları icra edir.

Arzu olunan təhsil səviyyəsi və iş təcrübəsi:

  • Uyğunluq sahəsində minimum 2 il iş təcrübəsi;
  • Ali təhsil - İqtisadi-idarəetmə sahəsində və ya hüquqi;
  • CİPP və ya CEPP sertifikatlarının olmasına üstünlük verilir;
  • Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir.

Tələb olunan bacarıqlar:

  • Yaxşı yazı və şifahi ünsiyyət bacarıqları, bütün səviyyələrdə inamlı ünsiyyət qurma və nəticə əldə etmək üçün başqalarına təsir etmə bacarığı;
  • Danışıqlar aparmaq, münaqişələri həll etmək və idarə etmək bacarığı;
  • Analitik düşüncə tərzi;
  • Analiz bacarığı, risk qiymətləndirilməsi bacarığı;
  • Təqdimat bacarığı;
  • Kompüter bacarıqları: MS Office proqramları;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı. Rus dili – orta

Xahiş edirik CV-lərinizi mövzu bölməsində “Uyğunluq (compliance) üzrə aparıcı mütəxəssis” qeyd etməklə qeyd edilmiş elektron poçt ünvanına göndərəsiniz.

  • Daily10
  • Weekly537
  • Monthly1672