Guavapay komandamıza təcrübəli və peşəkar MLRO (Money Laundering Reporting Officer) axtarırıq. Bu vəzifənin əsas məqsədi şirkətin bütün fəaliyyətində AML/CFT (Anti-Money Laundering / Counter Financing of Terrorism) tələblərinə uyğunluğun təmin olunması, şübhəli əməliyyatların aşkarlanması və Maliyyə Monitorinq Xidmətinə (FIU – Financial Intelligence Unit) hesabatların vaxtında təqdim edilməsidir. Pul yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində yüksək standartlara cavab verən namizədləri komandamıza dəvət edirik
Əsas vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikası qanunvericiliyi və beynəlxalq standartlara uyğun olaraq ƏL/TMM siyasətinin və prosedurlarının hazırlanması və tətbiqinə nəzarət etmək;
- Müxbir əlaqələrin qurulması nəzərdə tutulan rezident və qeyri-rezident banklar ƏL/TMM çərçivəsində araşdırılmasını təmin etmək;
- Şirkətin ƏL/TMM ilə bağlı riskinin qiymətləndirilməsi işini təşkil etmək(İnstitusional risk qiymətləndirilməsi işinin təşkili də daxil olmaqla);
- Xüsusi İndikatorların siyahısını razılaşdıraraq, müvafiq olaraq proqram təminatında avtomatlaşdırılmasını təmin etmək
- ƏL/TMM sahəsində fəaliyyət üzrə şirkətin əməkdaşlarına mütəmadi təlimlərin keçirilməsini təmin etmək;
- Komplayens sahəsi üzrə nəzarət olunmalı əməliyyatlarının (əqdlərin) gündəlik monitorinqini aparmasını, davamlı müştəri uyğunluğu tədbirlərini tətbiq edilməsini, cari və şübhəli əməliyyatlar barədə müvafiq hesabatların hazırlanaraq qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə uyğun olaraq, MMX-ya təqdim edilməsini təmin etmək;
- Hər altı ayda bir rəhbərliyə Komplayens nöqteyi-nəzərindən yüksək riskli əməliyyatlar (əqdlər), onların statistikası və dinamikası barədə ətraflı məlumat vermək;
- ƏL/TMM sahəsində qanun pozuntuları aşkar edildikdə dərhal şirkət rəhbərliyinə məlumat vermək və düzəldici tədbirlərin görülməsini təşviq etmək;
- Qanunvericilikdə və tənzimləyici orqanların tələblərində baş verən dəyişiklikləri izləmək və şirkət prosedurlarını bu dəyişikliklərə uyğun yeniləmək.
Tələblər və Kvalifikasiyalar:
- Hüquq, maliyyə, iqtisadiyyat və ya əlaqədar sahədə ali təhsil;
- AML/CFT sahəsində ən azı 3–5 illik iş təcrübəsi;
- Azərbaycan Respublikasının AML qanunvericiliyi, FATF tövsiyələri, EU AML Directives və digər beynəlxalq standartlar barədə dərin biliklər;
- Risklərin idarə olunması və şübhəli əməliyyatların təhlili sahəsində təcrübə;
- Güclü analitik bacarıqlar, qərarvermə və problem həll etmə qabiliyyəti;
- Azərbaycan və ingilis dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (rus dili üstünlükdür);
- CAMS (Certified Anti-Money Laundering Specialist) və ya ona bərabər beynəlxalq sertifikatlar üstünlük sayılacaq
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.