Guven Group Company MMC - Restoran Shakespeare
Vəzifə öhdəlikləri:
- Sadədən mürəkkəbə qədər içkiləri hazırlamaq və təqdim etmək;
- Isti və soyuq içkiləri hazırlayarkən təhlükəsizlik qaydalarına riayət etmək;
- Bütün kofe dənləri, qəhvə qarışıqları, qəhvə hazırlanması və qarışıq məhsulları haqqında biliklərini təkmilləşdirməyə davam etmək;
- Bütün içki reseptlərinə və Şirkət prosedurlarına əməl etmək;
- Mütəmadi olaraq, işini aparmaqla bərabər, bar sahəsini və ərzaq zonasını təmiz və səliqəli saxlamaq;
- Müəyyən edilmiş şirkət standartlarına uyğun olaraq şəxsi gigiyena qaydalarına riayət etmək;
- İnventar və avadanlıqları təmiz saxlamaq və baxımını təmin etmək, problemlər barədə baş baristaya məlumat vermək;
- Baş baristanın birbaşa göstərişlərinə əməl etmək;
- Sifariş edilməli və ya səbəbi açıqlanmaqla silinməli olan məhsullar barədə dərhal Baş baristaya məlumat vermək;
Tələblər:
- 20 - 28 yaş arası Xanım/bəy namizəd;
- Ali/Orta təhsil;
- Müvafiq sahədə 1 il təcrübə;
- Ünsiyyətcil, təmizkarlıq, gülərüzlülük, pozitivlik kimi müsbət keyfiyyətlərə sahib olmaq;
- İş vaxtı təmiz və nizamlı görünmək;
- Azərbaycan dilini bilmək (Rus dili bilgisinə üstünlük verilir).
Şərtlər:
- Əmək haqqı – 600-750 Azn + servis charge.
- Iş günü/saati – həftədə 6 gün, 8saatlıq dəyişkən növbəli qrafik;
- İstirahət – həftədə 1 gun.
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Barista” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 0102329119 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.