Guven Technology MMC Guven Technology MMC

Maliyyə Planlaşdırması və Təhlili Şöbəsinin rəhbəri

Maliyyə Planlaşdırması və Təhlili Şöbəsinin rəhbəri

  • Deadline 30 September 2026

Təsvir

  • Şirkətin illik büdcəsinin hazırlanmasına, konsolidasiyasına və təqdim olunmasına rəhbərlik etmək;
  • Aylıq və rüblük maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət etmək, hesabatların dəqiqliyini və vaxtında təqdim edilməsini təmin etmək;
  • Şöbələr, layihələr və xidmət istiqamətləri üzrə xərclərin bölüşdürülməsi metodologiyasını hazırlamaq və idarə etmək;
  • Layihə və xidmət istiqamətləri üzrə mənfəətlilik təhlillərini aparmaq, marja risklərini və optimallaşdırma imkanlarını müəyyən etmək;
  • Maliyyə hesabatlarının avtomatlaşdırılması və proseslərin optimallaşdırılması üzrə təşəbbüsləri həyata keçirmək;
  • Daxili və xarici audit proseslərində maliyyə planlaşdırması istiqamətində koordinasiyanı təmin etmək;
  • Rəhbərlik üçün maliyyə təhlilləri, hesabatlar və qərarverməni dəstəkləyən analitik məlumatlar hazırlamaq;
  • Maliyyə planlaşdırması strategiyasının hazırlanması və risklərin idarə olunması prosesində iştirak etmək;
  • Komandanın fəaliyyətini idarə etmək, inkişaf etdirmək və mentorluq etmək.

Tələblər

  • Təcrübə: Maliyyə planlaşdırması və ya korporativ maliyyə sahəsində minimum 6-8 il, o cümlədən rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
  • Təhsil: Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil;
  • Dil bilikləri: Azərbaycan və İngilis dilləri – sərbəst; Rus dili – üstünlükdür;
  • Maliyyə planlaşdırması, büdcələşdirmə, proqnozlaşdırma və MHBS (IFRS) üzrə bilik və praktiki təcrübə;
  • Maliyyə modelləşdirməsi və Microsoft Excel proqramı üzrə yüksək səviyyəli bilik; Power BI, Tableau və digər BI alətləri ilə işləmək bacarığı üstünlükdür;
  • ACCA, CPA, CFA, CIMA, FMVA və ya digər müvafiq peşəkar sertifikatlara sahib olmaq üstünlükdür;
  • Güclü analitik düşünmə, liderlik, qərarvermə və effektiv ünsiyyət bacarıqları;
  • İT xidmətləri və ya layihə əsaslı biznes mühitində iş təcrübəsi üstünlükdür.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily3
  • Weekly665
  • Monthly2417