Təsvir
- Müştərilərin IT xidmətlərindən istifadə zamanı məmnuniyyətlərini təmin etmək üçün onların biznes ehtiyaclarını və məqsədlərini öyrənərək, güclü və davamlı əlaqələr qurmaq;
- Müştərinin texniki suallarını müvafiq istiqamətdə yönləndirmək;
- Şirkətin Avtomatlaşdırılmış sistemlərində bütün əməliyyatların davamlığını izləmək və mütəmadi olaraq hesabatları və müvafiq məlumatları yeniləmək;
- Müştərilərlə iş üzrə müvafiq strateji planları qurmaq və onları həyata keçirmək;
- Davamlı müştəri məmnuniyyətini təmin etmək məqsədi ilə müştərilər və texniki dəstək əməkdaşları arasında əlaqələndirici şəxs rolunu oynamaq;
- Müştəri sorğularının, şikayətlərinin və təkliflərinin səmərəli idarə olunması;
- Müştəri Layihələrdə təşkilatçılıq işləri edib, yaxından iştirak etmək;
- Işlərin və layihələrin icrasına və resurslarına nəzərət etmək;
- Büdcələmə prosessində iştirak etmək;
- Biznes tələbləri araşdırıb və tələblərə uyğun yeni xidmətləri və həlləri təklif etmək;
- Müqavilələr, qiymət razılaşma protokolların və işlərin təhvil-təslim aktlarının imzalanmasını təşkil etmək;
- Müştərilərə görülmüş işlər üzrə hesabatların təqdim etmək;
- Rəhərliyə mütamadi hesabatların təqdim etmək;
Tələblər
- Ali təhsil - əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – yaxşı, Rus dili - üstünlükdür;
- İT xidmətləri haqqında dərin anlayışın olması;
- Danışıqlar aparmaq və ünsiyyətqurma bacarığı;
- Vaxtın və stressin effektiv idarə olunması bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
- Təşəbbüskarlıq, təqdimat bacarıqları;
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Üstünlükdür:
- Təklif, akt və borc sənədlərinin hazırlanmasında təcrübə;
- Faktura və ödəniş cədvəlləri ilə işləmə bacarığı;
- Müştəri məmnuniyyəti və satış sonrası əlaqə üzrə təcrübə;
- Proseslərin sənədləşdirilməsi və axın sxemi üzrə anlayış;
- Texnologiyaya yiyələnmə və müxtəlif CRM (Customer Relationship Management) sistemlərində işləmə təcrübə.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.