Vəzifə öhdəlikləri
- Espresso, qəhvə, çay və menyuda nəzərdə tutulan digər içkiləri standart reseptlərə uyğun hazırlamaq;
- Müştəriləri qarşılamaq, sifarişləri qəbul etmək və menyu barədə məlumat vermək;
- Sifarişləri vaxtında təqdim etmək və ödənişləri müəyyən edilmiş qaydada qəbul etmək;
- Qəhvə maşını, üyüdücü və digər bar avadanlığını düzgün istifadə etmək və təmiz saxlamaq;
- Məhsulların saxlanma şəraitinə, son istifadə tarixinə və ehtiyatlarına nəzarət etmək;
- Bar sahəsində qida təhlükəsizliyi, sanitariya və xidmət standartlarına riayət etmək.
Namizədə tələblər
- Barista və ya ictimai iaşə sahəsində iş təcrübəsi üstünlükdür;
- Qəhvə hazırlama üsulları və bar avadanlığı üzrə biliklər;
- Qida təhlükəsizliyi və şəxsi gigiyena qaydalarına riayət etmək bacarığı;
- Nəzakətli ünsiyyət, sürətli və dəqiq işləmək bacarığı;
- Azərbaycan dili biliyi; rus və/və ya ingilis dili biliyi üstünlükdür.
Biz təklif edirik
- Peşəkar və dinamik iş mühiti;
- İnkişaf və təlim imkanları;
- Stabil və uzunmüddətli əməkdaşlıq.
İş yeri: Aqua Wellness Club, Bakı, 28 May, Rəşid Behbudov küçəsi 55.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.