Vəzifə öhdəlikləri
· İstifadə edilmiş dəsmal, xalat və digər tekstil vasitələrini toplamaq və çeşidləmək;
· Tekstil məhsullarını uyğun rejimdə yumaq, qurutmaq, qatlamaq və saxlanmaya hazırlamaq;
· Təmiz və çirkli tekstilin ayrı saxlanılmasını, gigiyenik daşınmasını təmin etmək;
· Hamam və soyunub-geyinmə zonalarını təmiz tekstil vasitələri ilə təmin etmək;
· Camaşırxana avadanlığından və yuyucu vasitələrdən təlimata uyğun istifadə etmək;
· Tekstil ehtiyatlarını izləmək, zədələnmiş məhsulları və texniki nasazlıqları məsul şəxsə bildirmək.
Namizədə tələblər
· Camaşırxana, hamam, hotelçilik və ya təmizlik sahəsində iş təcrübəsi üstünlükdür;
· Yuma, qurutma və tekstilə qulluq qaydaları üzrə əsas biliklər;
· Gigiyena, kimyəvi vasitələrdən təhlükəsiz istifadə və əməyin mühafizəsi qaydalarına riayət etmək bacarığı;
· Səliqəlilik, diqqətlilik və məsuliyyətlilik;
· Azərbaycan dili biliyi.
Biz təklif edirik
· Peşəkar və dinamik iş mühiti;
· İnkişaf və təlim imkanları;
· Stabil və uzunmüddətli əməkdaşlıq.
İş şərtləri
İş yeri: Aqua Wellness Club, Bakı, 28 May, Rəşid Behbudov küçəsi 55.