Vəzifə öhdəlikləri
· Müştəriləri qarşılamaq, menyunu təqdim etmək və sifarişləri qəbul etmək;
· Müştərilərə yemək və içkilər barədə düzgün məlumat vermək;
· Sifarişləri mətbəx və barla koordinasiya etmək, vaxtında və düzgün təqdim etmək;
· Masaları xidmətə hazırlamaq, istifadə edilmiş qabları toplamaq və səliqəni təmin etmək;
· Hesabları təqdim etmək və ödənişləri müəyyən edilmiş qaydada qəbul etmək;
· Qida təhlükəsizliyi, gigiyena və müştəri xidməti standartlarına riayət etmək.
Namizədə tələblər
· Ofisiant və ya ictimai iaşə sahəsində iş təcrübəsi üstünlükdür;
· Müştəri xidməti və süfrə servisi üzrə əsas biliklər;
· Nəzakətli ünsiyyət, diqqətlilik və sürətli işləmək bacarığı;
· Məsuliyyətlilik, səliqəlilik və komanda ilə işləmək bacarığı;
· Azərbaycan dili biliyi; rus və/və ya ingilis dili biliyi üstünlükdür.
Biz təklif edirik
· Peşəkar və dinamik iş mühiti;
· İnkişaf və təlim imkanları;
· Stabil və uzunmüddətli əməkdaşlıq.
İş şərtləri
İş yeri: Aqua Wellness Club, Bakı, 28 May, Rəşid Behbudov küçəsi 55.