Vəzifə öhdəlikləri
- Müştəriləri və qonaqları qarşılamaq, qeydiyyatdan keçirmək və müvafiq zonalara yönləndirmək;
- Üzvlük, xidmətlər, məşq qrafiki və klub qaydaları barədə məlumat vermək;
- Telefon zənglərini və elektron müraciətləri cavablandırmaq, rezervasiyaları idarə etmək;
- Üzvlük və ziyarət məlumatlarını sistemə düzgün daxil etmək, ödənişlərin qeydiyyatını aparmaq;
- Müştəri müraciətlərini operativ həll etmək və zəruri hallarda aidiyyəti əməkdaşa yönləndirmək;
- Resepşn zonasının səliqəli saxlanılmasını və növbə təhvil-təslimini təmin etmək.
Namizədə tələblər
- Resepşn, müştəri xidməti və ya inzibati sahədə iş təcrübəsi üstünlükdür;
- Kompüter, MS Office və qeydiyyat proqramlarından istifadə bacarığı;
- Səlis nitq, nəzakətli ünsiyyət və xidmət yönümlü yanaşma;
- Məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı;
- Azərbaycan dili biliyi; rus və/və ya ingilis dili biliyi üstünlükdür.
Biz təklif edirik
- Peşəkar və dinamik iş mühiti;
- İnkişaf və təlim imkanları;
- Stabil və uzunmüddətli əməkdaşlıq.
İş yeri: Aqua Wellness Club, Bakı, 28 May, Rəşid Behbudov küçəsi 55.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.