Vəzifə Haqqında:
Avtobus Servis Sürücüsü şirkətimizin əməkdaşlarını təyin edilmiş marşrut üzrə təhlükəsiz və vaxtında çatdırılmasını təmin edir. Sürücü olaraq, yol hərəkəti qaydalarına ciddi əməl etməli və nəqliyyat vasitəsinin texniki vəziyyətini mütəmadi yoxlamalısınız .
Vəzifə Öhdəlikləri:
- İş yeri – Hacıqabul rayonu
- Gündəlik marşrut planına əsasən əməkdaşları təyin olunmuş vaxtda və yerdə təyinat nöqtəsinə çatdırmaq;
- Avtobusun texniki vəziyyətini hər gün yoxlamaq, lazım gəldikdə texniki xidmətlərə məlumat vermək;
- Yol hərəkəti qaydalarına əməl etmək və sərnişinlərin təhlükəsizliyini təmin etmək;
- Nəqliyyat vasitəsinin daxili və xarici təmizliyini qorumaq;
- Sərnişinlərlə nəzakətli və peşəkar münasibət saxlamaq;
Tələblər:
- Yaş həddi: 25-55 yaş arası
- Minimum 2 illik avtobus sürücülük təcrübəsi;
- D kateqoriyalı sürücülük vəsiqəsi;
- Yüksək məsuliyyət hissi və yol hərəkəti qaydalarına ciddi riayət;
- Şirvan və Hacıqabulda yaşayan namizədlərə üstünlük verilir:
Əgər siz bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, müraciətinizi göndərin və komandamıza qoşulmaq şansı əldə edin!