H Hajigabul Poultry Farm Company
  • 465

Hajigabul Poultry Farm Company

Food Products

Çeşidləmə və Qablaşdırma Bölmə Rəhbəri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Çeşidləmə və Qablaşdırma Bölmə Rəhbəri

  • Истекает 3 март 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə Haqqında

Biz komandamıza məhsulların yüksək keyfiyyətlə çeşidlənməsi və qablaşdırılması proseslərinin təşkili və idarə edilməsini təmin etmək üçün  təcrübəli Çeşidləmə və Qablaşdırma Bölmə Rəhbəri axtarışındayıq . Bu rolda sizin əsas məqsədiniz bölmənin fəaliyyətini nəzarətdə saxlamaq, istehsal planına uyğun olaraq işlərin vaxtında və effektiv şəkildə icrasını təmin etməkdən  ibarət olacaqdır.

İş barədə Məlumat:

  • İş yeri - Hacıqabul şəhəri
  • Çeşidləmə və qablaşdırma işlərinin planlaşdırılması, təşkili və icrasına rəhbərlik etmək;
  • İstehsal proseslərinin məhsuldarlığını artırmaq üçün təkmilləşdirmə təklifləri hazırlamaq;
  • Bölmə işçilərinin gündəlik iş qrafikini müəyyənləşdirmək və onların fəaliyyətinə nəzarət etmək;
  • Məhsulların keyfiyyət standartlarına uyğun çeşidlənməsi və qablaşdırılmasını təmin etmək;
  • İstehsal zamanı istifadə olunan avadanlıqların düzgün işlədiyinə əmin olmaq və texniki problemlər yaranarsa müvafiq şöbəyə məlumat vermək;
  • Məhsulun inventarizasiyası və hesabatların hazırlanması;
  • Gigiyena və təhlükəsizlik standartlarına əməl edilməsini təmin etmək.
  • 6 günlük iş rejimi (09:00 - 17:00);
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Servis mövcüddur ( Bakı şəhəri, Hacıqabul,Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
  • Əmək haqqı: Müsahibə əsasında.

Tələblər:

  • İqtisadiyyat, mühəndislik və ya istehsal idarəetməsi sahəsində ali təhsil (müvafiq iş təcrübəsi üstünlükdür);
  • Çeşidləmə, qablaşdırma və ya istehsal sahəsində ən azı 3 il iş təcrübəsi;
  • İdarəçilik və komanda ilə işləmə bacarıqları;
  • Planlama və təşkilatçılıq bacarığı;
  • Keyfiyyət standartlarına və gigiyenik qaydalara dair biliklər;
  • Analitik düşüncə və hesabat hazırlama bacarığı;
  • Dəqiqlik, məsuliyyət və yüksək idarəetmə qabiliyyəti.

Əgər siz istehsal sahəsində təcrübəyə malik və dinamik bir mühitdə işləməyi hədəfləyirsinizsə, komandamıza qoşulmaq üçün CV-nizi və əlaqə məlumatlarınızı elektron poçtuna göndərin.

  • Daily102
  • Weekly324
  • Monthly352