Vəzifə Haqqında:
Biz komandamıza elektrik avadanlıqlarının quraşdırılması, istismarı və texniki baxışlarının həyata keçirilməsi üçün təcrübəli Elektrik axtarışındayıq . Bu vəzifədə sizin əsas məqsədiniz avadanlıqların fasiləsiz işləməsini təmin etmək və meydana çıxan nasazlıqları operativ şəkildə aradan qaldırmaqdan ibarət olacaqdır.
İş Barədə Məlumat:
- İş yeri: Hacıqabul ;
- Elektrik avadanlıqlarının və sistemlərinin quraşdırılması, texniki baxışı və təmiri;
- Elektrik şəbəkələrinin fasiləsiz işləməsini təmin etmək və nasazlıqları aradan qaldırmaq;
- Elektrik avadanlıqlarının təhlükəsiz istismar qaydalarına uyğun istifadəsini təmin etmək;
- Avadanlıqların dövri baxışını həyata keçirmək və profilaktik tədbirlər görmək;
- Fabrikin istehsalat və inzibati binalarında elektrik sistemlərinin müntəzəm yoxlanışını aparmaq;
- Rəhbərlik tərəfindən verilən texniki tapşırıqları yerinə yetirmək və görülmüş işlər barədə hesabat təqdim etmək;
- Təcili hallarda operativ müdaxilə edərək işin fasiləsizliyini təmin etmək;
- 6 günlük iş rejimi (08:00 - 17:00);
- Nahar şirkət tərəfindən təmin edilir;
- Servis mövcüddur ( Hacıqabul,Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
- Əmək haqqı : Müsahibə əsasında.
- Şirvan, Hacıqabul ərazisində yaşayan namizədlərə üstünlük verilir.
Tələblər:
- Elektrik sahəsində orta ixtisas və ya texniki peşə təhsili;
- Elektrik sistemlərinin quraşdırılması və təmiri sahəsində ən azı 2 il iş təcrübəsi;
- Yaş həddi: 28-50 yaş arası;
- Elektrik sxemlərini oxuma bacarığı və işə tətbiq etmə təcrübəsi;
- Elektrik təhlükəsizliyi qaydaları və normativləri haqqında biliklər;
- Müasir elektrik avadanlıqlarından istifadə bacarığı;
- Problem həll etmə və operativ qərarvermə bacarığı;
- Məsuliyyətli, dəqiq və komanda ilə işləmə qabiliyyəti.
- Hacıqabul, Sabiribad və Şirvan şəhərlərində ərazisində yaşayan namizədlərə üstünlük veriləcək.
Əgər siz Elektrik sahəsində təcrübəyə malik və dinamik bir mühitdə işləməyi hədəfləyirsinizsə, komandamıza qoşulmaq üçün CV-nizi və əlaqə məlumatlarınızı elektron poçtuna göndərin.