H Hajigabul Poultry Farm Company
  • 358

Hajigabul Poultry Farm Company

Food Products

Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )

  • Deadline 6 December 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə Haqqında:

   Biz komandamıza yeməkxanada təqdim olunan qida məhsullarının təhlükəsizliyini və keyfiyyətini təmin etmək üçün  təcrübəli Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis axtarışındayıq . Bu rolda sizin əsas məqsədiniz qida təhlükəsizliyi standartlarına uyğun olaraq yeməkxanada bütün hazırlıq və təqdimat proseslərinə nəzarət etmək, sanitar-gigiyenik qaydaların tətbiq olunmasını təmin etmək və keyfiyyət standartlarına uyğunluğun yoxlanılmasını həyata keçirməkdən ibarət olacaqdır.

İş barədə məlumat:

  • İş yeri : Hacıqabul 
  • Yeməkxanada təqdim olunan qida məhsullarının keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunu yoxlamaq;
  • Qida məhsullarının qəbulundan başlayaraq hazırlanma və təqdimat mərhələlərinə qədər olan bütün proseslərə nəzarət etmək;
  • Qida keyfiyyəti ilə bağlı proseslərdə hər hansı risk və uyğunsuzluğu vaxtında müəyyənləşdirmək və rəhbərliyə məlumat vermək;
  • İstehlak üçün nəzərdə tutulmuş məhsulların gigiyena və keyfiyyət tələblərinə uyğun hazırlandığını təmin etmək;
  • Yeməkxana heyətinə sanitar qaydalar, qida təhlükəsizliyi və gigiyenik təlimatlar barədə dəstək göstərmək və onlara nəzarət etmək;
  • Təlimlər təşkil edərək qida təhlükəsizliyi sahəsində komandanın bilik və bacarıqlarını artırmaq;
  • Aylıq və ya dövri olaraq qida təhlükəsizliyi üzrə hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək.
  • 6 günlük iş rejimi (09:00 - 17:00);
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Servis mövcüddur ( Bakı şəhəri, Hacıqabul,Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
  • Əmək haqqı : Müsahibə əsasında.

Tələblər:

  • Qida mühəndisliyi, biotexnologiya və ya əlaqəli sahədə ali təhsil;
  • Qida təhlükəsizliyi, gigiyena və keyfiyyət nəzarəti üzrə ən azı 2 il iş təcrübəsi;
  • HACCP, ISO 22000 kimi qida təhlükəsizliyi standartları üzrə biliklər;
  • Güclü məsuliyyət hissi, detallara diqqət və dəqiqlik;
  • Yüksək səviyyədə müşahidə və təhlil qabiliyyəti;
  • Komanda ilə işləmə bacarığı və güclü ünsiyyət qabiliyyəti.

Əgər bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi elektron poçt ünvanımıza göndərə bilərsiniz.

  • Daily0
  • Weekly330
  • Monthly495