Vəzifə haqqında:
Biz komandamıza rəsmi vergi hesabatlarının hazırlanması və təqdim edilməsi, vergi qanunvericiliyinə uyğun uçotun aparılması və digər mühasibatlıq əməliyyatlarının icrası ilə məşğul olacaq təcrübəli Mühasib axtarışındayıq . Bu vəzifədə sizin əsas məqsədiniz fabrikin maliyyə əməliyyatlarının dəqiqliklə həyata keçirilməsindən ibarət olacaqdır.
İş barədə məlumat:
- İş yeri: Şəmkir ;
- Vergi qanunvericiliyinə uyğun olaraq aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi;
- ƏDV, mənfəət, gəlir və digər vergilərin düzgün hesablanması və vaxtında ödənilməsini təmin etmək;
- Elektron qaimə-fakturaların tərtibi və göndərilməsi;
- Vergi orqanları ilə yazışmaların aparılması və yaranan məsələlərin həlli;
- Mühasibat uçotu sənədlərinin işlənməsi və onların qanunvericiliyə uyğun aparılması;
- Aylıq maliyyə və vergi hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Bank əməliyyatlarının aparılması, ödənişlərin həyata keçirilməsi və bank sənədlərinin işlənməsi;
- Şirkətin mühasibatlıq sistemində məlumatların düzgün qeydiyyatını aparmaq və arxivləşdirmək.
- 6 günlük iş rejimi (09:00 - 17:00);
- Əmək haqqı : Müsahibə əsasında.
Tələblər:
- Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində ali təhsil;
- Vergi hesabatlarının hazırlanması sahəsində ən azı 3 il iş təcrübəsi;
- Yaş həddi : 28- 45 yaş arası;
- Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyi haqqında dərin biliklər;
- MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmə bacarığı;
- Mühasibatlıq proqramlarında (1C və ya digər müvafiq proqramlarda) işləmə təcrübəsi;
- Dəqiqlik, məsuliyyətlilik və analitik düşüncə bacarığı;
- Vergi orqanları ilə əməkdaşlıq və müvafiq yazışmalar aparma qabiliyyəti.
Müraciət etmək üçün CV-nizi qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərsiniz.