H Hajigabul Poultry Farm Company
  • 856

Hajigabul Poultry Farm Company

Ərzaq məhsulların istehsalı

Sayımçı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sayımçı

  • Deadline 24 Fevral 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biz komandamıza fabrikdə məhsulların, ehtiyatların və digər malların dəqiq sayımını, qeydiyyatını və uçotunu aparılmasını təmin edən Sayımçı axtarışındayıq . Bu rolda sizin əsas məqsədiniz məhsul hərəkətinin izlənməsi və anbar qalığının dəqiqliyini təmin etməkdən ibarət olacaqdır.

İş Barədə Məlumat:

  • İş yeri : Hacıqabul şəhəri;
  • Məhsul, xammal və digər anbar ehtiyatlarının gündəlik, həftəlik və aylıq sayımını həyata keçirmək;
  • Anbarda olan malların uçotunu aparmaq və faktiki qalığı sistemdə qeydiyyata almaq;
  • Sayım nəticələrini analiz etmək və uyğunsuzluqları aşkarlayaraq rəhbərliyə məlumat vermək;
  • Məhsulların qəbulunda, yüklənməsində və boşaldılmasında iştirak etmək;
  • Anbarda olan məhsulların dövriyyəsi ilə bağlı hesabatlar hazırlamaq;
  • Şirkət prosedurlarına uyğun olaraq inventarizasiyanın təşkili və icrasında iştirak etmək;
  • Uyğunsuzluq hallarında səbəbləri araşdırmaq və müvafiq hesabat təqdim etmək;
  • 6 günlük iş rejimi (08:00 - 17:00);
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Servis mövcüddur ( Hacıqabul, Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
  • Əmək haqqı : Müsahibə əsasında.

Tələblər:

  • Mühasibatlıq, logistika və ya iqtisadiyyat sahəsində təhsil üstünlükdür;
  • Sayım, anbar uçotu və inventarizasiya sahəsində təcrübə (ən azı 1 il);
  • Hacıqabul, Şirvan və Sabirabad ray. olan namizədlərə üstünlük veriləcəkdir;
  • MS Office proqramlarında, xüsusən Excel-də işləmə bacarığı;
  • Dəqiqlik, məsuliyyət və analitik düşüncə bacarığı;
  • ERP və ya digər anbar uçotu sistemləri ilə iş təcrübəsi üstünlükdür;
  • Komanda ilə işləmə bacarığı və sürətli qərarvermə qabiliyyəti;
  • Anbar mühitində işləmək üçün fiziki dözümlülük.

Əgər siz istehsal sahəsində və dinamik bir mühitdə işləməyi hədəfləyirsinizsə, komandamıza qoşulmaq üçün CV-nizi və əlaqə məlumatlarınızı elektron poçtuna göndərə bilərsiniz

  • Daily0
  • Weekly653
  • Monthly1258