Vəzifə öhdəlikləri:
- Elektrik və elektron avadanlıqların istismarı, texniki xidməti və təmiri
- Avadanlıqların elektron sxemlərini oxumaq və nasazlıqları diaqnostika etmək
- Laborator avadanlıqları və ölçü cihazları (multimetr, qida mənbəyi, osiloskop və s.) ilə işləmək
- Çap və digər servis avadanlıqlarının təmiri (servisə gələn və ya müştəri ünvanında)
- Texniki sənədlərin, hesabatların və təqdimatların hazırlanması
Tələblər:
- Elektronika, Avtomatika və ya Energetika üzrə ali və ya texniki təhsil
- Müraciət edilən sahədə minimum 3 il təcrübə
- Elektron sxem oxuma bacarığı və diaqnostika vərdişləri
- Azərbaycan dilində sərbəst, ingilis dilində (ən azı B1 səviyyəsində) bilik; rus dili arzuolunandır
- Analitik düşüncə, detallara diqqət və məsuliyyətlilik
- Ofis proqramlarında sərbəst işləmək bacarığı (Word, Excel, Outlook)
İş şəraiti:
- İş qrafiki: 5 iş günü, 08:30–17:30
- Əmək Məcəlləsinə uyğun sənədləşmə
- Daimi ixtisasartırma və karyera inkişafı imkanı
- Rahat iş şəraiti və motivasiyaedici mühit
- Korporativ nömrə və yol xərclərinin qarşılanması
- Əmək haqqı: namizədin təcrübəsindən asılı olaraq müəyyən edilir.
Müraciət qaydası:
CV-lərinizi mövzu hissəsində “Elektronika və Avtomatika mühəndisi” yazmaqla Müraciət Et düyməsində göstərilən e-poçt ünvanına göndərin. Biz texnologiyaya maraqlı, öyrənməyə açıq və praktik düşüncəyə malik mühəndis axtarırıq!