Vəzifə öhdəlikləri:
- Menecerin gündəlik fəaliyyətinə dəstək göstərmək.
- İşçi heyətinin gündəlik iş prosesini izləmək və koordinasiya etmək.
- Tapşırıqların vaxtında və düzgün icra olunmasına nəzarət etmək.
- İş qrafiklərinin hazırlanmasında iştirak etmək və icrasını izləmək.
- Xidmət keyfiyyətinə və iş intizamına nəzarət etmək.
- Qonaqlarla peşəkar və nəzakətli ünsiyyət qurmaq.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları operativ yerinə yetirmək.
Namizəddən gözləntilər:
- Bəy namizədlər.
- Azərbaycan dilində sərbəst danışıq,
- Rus və ingilis dilləri - gündəlik ünsiyyət səviyyəsində danışıq bacarığı.
- Hospitality, xidmət və ya otelçilik sahəsində təcrübə üstünlükdür
- İdarəetmə sahəsində inkişaf etmək istəyi.
- Çevik düşüncə, sürətli qavrama və analitik yanaşma.
- Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı.
- Məsuliyyətli, intizamlı və çalışqan olmaq.
İş şəraiti:
- Nahar şirkət tərəfindən təmin olunur.
- İş qrafiki: 6 günlük.
- İş yeri: Şıxov, Salyan şosesi 14 (Bakı Baş Gömrük İdarəsinin yanı).
- Əmək haqqı: 600–800 AZN + tips.
Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Menecer köməkçisi" qeyd olunması mütləqdir.