Vəzifə öhdəliyi:
- Bütün SPA prosedurları (masajlar, üz prosedurları, bədən prosedurları, skrablar, hamam prosedurları), SPA xidmətləri haqqında tam məlumatlı olmaq və izahını vermək.
- SPA prosedurları zamanı istifadə olunan texnika və üsulları mükəmməl bilmək və tətbiq etmək.
- Bütün SPA prosedurlarını təyin olunmuş standartlar üzrərindən həyata keçirmək.
- İstifadə olunan bütün spa texnikaları və üsulları barədə qonaqlara izahat vermək.
- Əsas xəstəliklər, sağlamlıq vəziyyətləri, daxili və xarici zədələr, SPA prosedur zamanı yarana biləcək risklər və onların aradan qaldılması haqqında tam ətraflı məlumatlı olmaq.
- Qonağın istifadə olunan texnika, üsul və SPA prosedurları ilə bağlı suallarını peşakar səviyyədə cavabalandırmaq.
- SPA prosedur otaqlarının hər zaman səliqəli olmasından, set-up stanadrtlarının qaydasında olmasından , təmizliyin, gigiyena və dezinfeksiyanın yüksək səviyyədə olmasından əmin olmaq.
- SPA prosedur otaqlarının,masaj otaqlarının hər zaman təmizliyindən əmin olmaq və bunu qorumaq.
- SPA prosedurları zamanı gigiyena, dezinfeksiya qaydalarına ciddi riayet etmək.
İxtisas tələbləri:
- Müvafiq sahədə 1 il təcrübə;
- Dil bilikləri: Azərbaycan, Rus dillərini bilməli; ( İnglis dili orta səviyyədə);
- Komandada işləmə bacarığına malik olmaq;
- Diqqətli və dəqiq olmaq;
- Təmizliyə riayət etmək;
- Yaş həddi: 30-55;
İş barədə məlumat:
- İş yeri: Səlyan şossesi 14 – Şıxov ( Sağlamlıq və İstirahət mərkəzi)
- İş rejimi: Növbəli şəkildə
- Nahar: Şirkət tərəfindən təmin olunur
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq.
- Azərbaycan Respublikası-nın Əmək Məcəlləsinə əsasən rəsmi işə qəbul
Qeyd: Tələblərə uyğun namizədlər elektron poçt ünvanına CV göndərmələri xahiş olunur.