İşin təsviri:
- Satışı onlayn və real şəkildə həyata keçirmək (Daha çox telesatış);
- Müştərilər ilə görüşərək onların tələblərini aşkarlayıb satış etmək;
- Müvafiq təlim və xidmətlər haqqında müştərilərə onlayn şəkildə məlumat vermək və müştərilərin sayını artırmaq;
- Rəhbərlik tərəfindən qoyulmuş aylıq hədəfləri yerinə yetirmək;
- Gələn zəngləri cavablandırmaq, yeni təkliflər edib satışı icra etmək;
- Instagram, Whatsapp, Facebook və Linkedin üzərindən gələn müraciətləri cavablandırmaq;
- Aidiyyəti təlimlər ilə bağlı bazar araşdırması etmək.
Tələblər:
- Ali təhsil (biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir);
- Satış və ya müştəri xidmətləri sahəsində 1 il iş təcrübəsi. (Təhsil sahəsində üstünlükdür)
- Məsuliyyətli, diqqətli və yüksək motivasiyalı;
- Yaxşı kommunikasiya bacarığı;
- Satış qabiliyyəti, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;
- MS Office, Excel və İnternet resursları ilə işləmə bacarığı;
- Vahid komandada işləmək qabiliyyəti;
- Məsuliyyətli, nəticəyönümlü və təşəbbüskar olmaq
Təkliflərimiz:
- Rəsmi iş;
- Gənc və peşəkar kollektiv;
- Peşəkar inkişaf və karyera yüksəlişi.
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi - Şənbə;
- Azərbaycan Respublikası Əmək qanunvericiliyinə əsasən rəsmiləşdirmə;
- Əmək haqqı: Razılaşma yolu ilə.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.