Handex komandası üçün kreativ, dinamik və müasir Mobiloqraf axtarırıq.
Namizədə tələblər:
- Mobiloqrafiya sahəsində təcrübə və təqdim edilə bilən portfolio;
- Minimum iPhone 16 Pro və ya ekvivalent yüksək səviyyəli çəkiliş imkanına malik şəxsi cihazla işləmək;
- Tədbir öncəsi və tədbir zamanı aidiyyəti şəxslərlə operativ kommunikasiya quraraq kontent və çəkiliş prosesində koordinasiyanın təmin edilməsi;
- Tədbir günü çəkiliş prosesinin məkan, iştirakçı və proqram xüsusiyyətlərinə uyğun koordinasiya edilməsi;
- Tədbir və layihələr üzrə çəkiliş ehtiyaclarının əvvəlcədən müəyyənləşdirilməsi, proqram və zaman axınına uyğun iş planının hazırlanması;
- Təlim, tədbir və layihələr üzrə çəkiliş prosesinin öncədən planlaşdırılması və tədbirin dinamikasına uyğun kontentin operativ hazırlanması
- Təhsil Mərkəzinin bütün çəkilişlərinin idarəsi;
- Mobil video çəkilişi, kadraj və işıqlandırma, kompozisya bacarıqları;
- Video montajı və edit bacarığı;
- CupCut və Premiere Pro biliyi;
- Sosial media trendlərini izləmək və kreativ şəkildə tətbiq etmək;
- Vizual zövqə, yaradıcı baxışa və kontent vizyonuna sahib olmaq;
- Müasir texnologiya və avadanlıqlarla işləməyi bacarmaq;
- Öyrənməyə açıq, yenilikləri izləyən və çevik olmaq;
- Flexible iş qrafikinə uyğunlaşmaq.
Təklif edirik:
- Flexible (8 saat) iş formatı;
- Kreativ və dinamik komandada çalışma imkanı;
- Müxtəlif təlim, tədbir və layihələrdə iştirak;
- Peşəkar inkişaf və yeni təcrübələr qazanmaq imkanı.
Maraqlanan namizədlər CV və portfoliolarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.