Handex Handex
  • 617

Qrafik Dizayner

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Qrafik Dizayner

  • Истекает 3 июль 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Verilən brief və ya öz yaradıcılığına uyğun tədris sahəsinin sosial media postlarını dizayn etmək
  • Tədris sahəsinin bütün çap məhsullarını dizayn etmək
  • Verilən tapşırıqları vaxtında və mükəmməl şəkildə icra etmək
  • Kreativ yanaşma tələb olunan layihələrdə iştirak
  • Yeni vizual konseptlər hazırlamaq və tətbiq etmək
  • Brendin vizual dili ilə uyğunlaşan dizaynlar yaratmaq
  • Komanda ilə effektiv şəkildə işləmək və dizayn tələblərini düzgün anlamaq
  • Tədris və marketinq komandalarının ehtiyaclarına uyğun dizayn həlləri təqdim etmək
  • Mövcud dizayn materiallarını təkmilləşdirmək və yeniləmək
  • Rəqəmsal və çap üçün uyğun formatlarda dizayn fayllarını hazırlamaq
  • Müxtəlif platformalar üçün ölçülərə uyğun adaptiv dizaynlar hazırlamaq
  • Trendləri izləyərək müasir və cəlbedici dizaynlar hazırlamaq
  • Layihə müddətində versiya və korrektələri düzgün idarə etmək

Bilik və bacarıqlar:

  • Ali təhsil (qrafik dizayn, vizual kommunikasiya və ya əlaqəli sahə üzrə üstünlükdür)
  • Qrafik dizayner vəzifəsində minimum 2 illik iş təcrübəsi
  • Adobe Illustrator proqramında mükəmməl işləmə bacarığı
  • Adobe Photoshop proqramında mükəmməl işləmə bacarığı
  • Adobe InDesign, CorelDRAW, Lightroom proqramlarında işləmə bacarığı
  • Adobe After Effects və ya Premiere Pro proqramlarında işləyə bilmək və ya video çəkilişi və montaj bacarığı olan namizədlərə üstünlük veriləcək
  • Yüksək kommunikasiya bacarığı və kreativ düşüncə
  • Komandada və müxtəlif funksional qruplarla birgə işləmə bacarığı
  • Daim öyrənməyə və peşəkar inkişaf etməyə maraqlı olmaq
  • Qrafik dizayn sahəsindəki trendləri izləmək və işinə yaradıcı yeniliklər tətbiq etmək

İş şərtləri:

  • Maaş: Namizədin bacarığına əsasən müəyyən ediləcək.
  • İş qrafiki: Bazar ertəsi – Cümə, saat 10:00 – 19:00
  • Rahat və mehriban iş mühiti
  • İş yeri: 28 may

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi və portfolionuzu (portfoliosuz şəxslərin cv-lərinə baxılmayacaq) Müraciət Et düyməsində qeyd olunan  elektron poçt ünvanına göndərin.

  • Daily38
  • Weekly616
  • Monthly1101