Kontent Menecer axtarırıq!
Komandamıza kreativ düşüncəli, sosial media trendlərini izləyən, ideyaları kontentə çevirə bilən Kontent Menecer axtarırıq.
Əsas tələblər:
Sosial media platformaları üçün kontent ideyaları hazırlamaq bacarığı;
Instagram, TikTok, LinkedIn və digər platformalar üçün post, story, reels və video mətnləri yazmaq;
Kontent plan hazırlamaq və paylaşım prosesini izləmək;
Brendin üslubuna uyğun kreativ və düzgün mətnlər hazırlamaq;
Sosial media trendlərini araşdırmaq və onları brendə uyğunlaşdırmaq;
Süni intellekt alətlərindən kontent ideyası, mətn, ssenari və vizual yönləndirmə üçün istifadə etmək;
Dizayn komandası üçün aydın və düzgün brief hazırlamaq;
Azərbaycan dilində səlis, düzgün və yaradıcı yazı bacarığı;
Şəxsi keyfiyyətlər:
Kreativ düşüncə və yeniliklərə açıq olmaq;
Gülərüz və pozitiv ünsiyyət tərzinə sahib olmaq;
Komanda ilə işləmə bacarığı;
Yüksək kommunikasiya qabiliyyəti;
Detallara diqqətli yanaşmaq;
Tapşırıqları vaxtında və məsuliyyətlə icra etmək;
İş prosesində çevik və təşəbbüskar olmaq;
Araşdırma etməyi və yeni ideyalar tapmağı sevmək.
Üstünlük hesab olunur:
Təhsil sektorunda kontent təcrübəsi;
Reklam mətnləri və satış yönümlü kontent yazmaq bacarığı;
Video ssenari və danışıq mətnləri hazırlamaq təcrübəsi;
Video çəkiliş və montaj bacarığı (CupCut, Premiere Pro);
Kamera qarşısında ideya vermək və çəkiliş prosesində iştirak təcrübəsi;
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü, 5 gün;
İş saatları: 10:00–19:00;
İş yeri: Bakı, Nizami küç. 204, AF Business House.
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar və pozitiv komanda mühiti;
Təyin edilmiş günlərdə online işləmə hüququ;
Şirkət tərəfindən verilmiş notbuk;
Təlim və inkişaf imkanları;
Kreativ ideyalarını reallaşdırmaq üçün dəstəkləyici mühit.
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən müəyyən olunacaq.