İşin təsviri:
- Satışı onlayn və real şəkildə həyata keçirmək;
- Müvafiq təlim və xidmətlər haqqında müştərilərə onlayn şəkildə məlumat vermək və müştərilərin sayını artırmaq;
- Rəhbərlik tərəfindən qoyulmuş aylıq hədəfləri yerinə yetirmək;
- Gələn zəngləri cavablandırmaq, yeni təkliflər edib satışı icra etmək;
- Instagram, Whatsapp, Facebook və Linkedin üzərindən gələn müraciətləri cavablandırmaq;
Tələblər:
- Ali təhsil (biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir);
- Satış və ya müştəri xidmətləri sahəsində az təcrübəsi. Universiteti yeni bitirən gənclərdə müraciət edə bilər;
- Məsuliyyətli, diqqətli və yüksək motivasiyalı;
- Yaxşı kommunikasiya bacarığı;
- Satış qabiliyyəti, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;
- MS Office, Excel və İnternet resursları ilə işləmə bacarığı;
- Vahid komandada işləmək qabiliyyəti;
Bizim təkliflərimiz:
- ARƏM uyğun işə qəbul;
- Başlanğıc üçün rəqabətə uyğun əmək haqqı;
- Rahat iş şəraiti;
- Daim inkişaf yönümlü və mehriban komanda.
İş şərtləri:
- 5 günlük tam iş günü (10:00-19:00);
- Korporativ nömrə ilə təmin olunma;
- Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcək;
- Əlavə olaraq satışdan bonus veriləcək.
Vakansiyaya müraciət üçün CV-nizi “Satış mütəxəssisi" başlığı ilə email ünvanına göndərməyinizi xahiş edirik.