Sifarişlərin idarə edilməsi üzrə mütəxəssis

  • Истекает 15 октябрь 2026

Vəzifə öhdəlikləri

 

•      Müştəri sifarişi təsdiqləndikdən sonra sifarişi satınalma şöbəsindən təhvil almaq və icrasını sona qədər idarə etmək

•      Təchizatçılarla sifariş, qiymət, müddət və ödəniş şərtləri üzrə kommunikasiya aparmaq

•      Satınalma sifarişlərini (PO), hesab-fakturaları, təhvil-təslim qaimələrini və ödəniş tapşırıqlarını hazırlamaq

•      Sifarişlərin yerləşdirilməsini və müştəriyə çatdırılana qədər bütün mərhələlərini izləmək

•      Xaricdən olan sifarişlər üzrə invoys, qablaşdırma vərəqəsi (packing list), gömrük sənədləri və digər idxal sənədlərinin toplanmasını və yoxlanmasını təmin etmək

•      Logistika komandası ilə sıx əməkdaşlıq etmək, lazım olduqda əlavə daşınma təşkil etmək

•      Gecikmə və uyğunsuzluqlar barədə müştəri və rəhbərliyi vaxtında məlumatlandırmaq

•      Sifarişlər üzrə sənədlərin və statusların sistemdə aktual saxlanılması

 

Namizədə tələblər

 

•      Satınalma, sifarişlərin idarə edilməsi və ya logistika sahəsində minimum 1 il iş təcrübəsi

•      İdxal prosesləri və gömrük sənədləşməsi haqqında bilik

•      İngilis dilində yazılı kommunikasiya bacarığı (rus dili üstünlükdür)

•      MS Excel və ofis proqramları üzrə yaxşı biliklər

•      Diqqətlilik, məsuliyyət hissi və eyni anda bir neçə sifarişlə işləmə bacarığı

 

İş şəraiti

 

•      İş qrafiki: 5 günlük iş həftəsi, 10:00–18:00

•      Əmək müqaviləsi ilə rəsmiləşdirmə

•      Əmək haqqı: 800 AZN

 

Müraciət qaydası

 

Maraqlananlar CV-lərini [email protected] ünvanına "Sifarişlərin idarə edilməsi üzrə mütəxəssis" mövzusu ilə göndərə bilərlər.

  • Daily22
  • Weekly22
  • Monthly2372