Vəzifə öhdəlikləri
• Müştəri sifarişi təsdiqləndikdən sonra sifarişi satınalma şöbəsindən təhvil almaq və icrasını sona qədər idarə etmək
• Təchizatçılarla sifariş, qiymət, müddət və ödəniş şərtləri üzrə kommunikasiya aparmaq
• Satınalma sifarişlərini (PO), hesab-fakturaları, təhvil-təslim qaimələrini və ödəniş tapşırıqlarını hazırlamaq
• Sifarişlərin yerləşdirilməsini və müştəriyə çatdırılana qədər bütün mərhələlərini izləmək
• Xaricdən olan sifarişlər üzrə invoys, qablaşdırma vərəqəsi (packing list), gömrük sənədləri və digər idxal sənədlərinin toplanmasını və yoxlanmasını təmin etmək
• Logistika komandası ilə sıx əməkdaşlıq etmək, lazım olduqda əlavə daşınma təşkil etmək
• Gecikmə və uyğunsuzluqlar barədə müştəri və rəhbərliyi vaxtında məlumatlandırmaq
• Sifarişlər üzrə sənədlərin və statusların sistemdə aktual saxlanılması
Namizədə tələblər
• Satınalma, sifarişlərin idarə edilməsi və ya logistika sahəsində minimum 1 il iş təcrübəsi
• İdxal prosesləri və gömrük sənədləşməsi haqqında bilik
• İngilis dilində yazılı kommunikasiya bacarığı (rus dili üstünlükdür)
• MS Excel və ofis proqramları üzrə yaxşı biliklər
• Diqqətlilik, məsuliyyət hissi və eyni anda bir neçə sifarişlə işləmə bacarığı
İş şəraiti
• İş qrafiki: 5 günlük iş həftəsi, 10:00–18:00
• Əmək müqaviləsi ilə rəsmiləşdirmə
• Əmək haqqı: 800 AZN
Müraciət qaydası
Maraqlananlar CV-lərini [email protected] ünvanına "Sifarişlərin idarə edilməsi üzrə mütəxəssis" mövzusu ilə göndərə bilərlər.