Vəzifə öhdəlikləri:
- Şirkət tərəfindən etibar olunmuş nəqliyyat vasitəsilə qeyd edilən ünvanlara bağlamalar və sənədlər çatdırmağı bacarmalıdır.
- Gediləcək ünvanlarda əlaqədar şəxslərin nömrələri əvvəlcədən alınmalı və getməmişdən öncə əlaqə saxlanılmalıdır.
- Məhsulları qəbul edərkən siyahı üzrə yoxlamalı və düzgünlüyünə əmin olmalıdır.
- Müştəriyə məhsulları təhvil verdikdən sonra müvafiq sənədlərin imzalanmasında iştirak etməlidir.
- Sürücü məhsulların nəqliyyat vasitəsinə yüklənməsi və boşaldılmasından məsul şəxsdir. Lazım gəldikdə, bu məhsulları nəqliyyat vasitəsinə özü yükləyib boşaltmağı bacarmalıdır.
- Nəqliyyat vasitəsinin texniki saz vəziyyətdə və səliqəli olmasına nəzarət etməlidir.
Tələb olunan bilik və bacarıqlar:
- Təcrübə: Müvafiq sahə üzrə 1 illik iş təcrübəsi
- Sürücülük vəsiqəsi: BC kateqoriyalı
- Komandada işləmə bacarığı
- Cins: Kişi
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi-Cümə, 10:00-18:00;
- İş yeri: Baki şəhəri, Xətai prospekti 34
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
- Maaş: 600 AZN
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sürücü-ekspeditor” yazaraq Müraciət et düyməsində qeyd olunan email ünvanına göndərilməsi xahiş olunur.