Vəzifə öhdəlikləri:
- Təşkilatın gündəlik əməliyyat proseslərinin koordinasiyasında iştirak etmək;
- Əməliyyat proseslərinin effektivliyini təhlil etmək və təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
- Struktur bölmələri arasında iş proseslərinin koordinasiyasını təmin etmək;
- İş axınlarının, prosedurların və daxili proseslərin monitorinqini aparmaq;
- Əməliyyat göstəricilərini toplamaq, təhlil etmək və hesabatlar hazırlamaq;
- Müəyyən edilmiş problemləri və proseslərdəki gecikmələri müəyyənləşdirmək və onların həlli ilə bağlı təkliflər vermək;
- Yeni proseslərin və daxili prosedurların tətbiqində iştirak etmək;
- Rəhbərliyin tapşırıqları üzrə analitik və inzibati materiallar hazırlamaq;
- Əməliyyat planlarının hazırlanması və icrasına dəstək göstərmək;
- Müxtəlif layihə və işçi qruplarında iştirak etmək.
Namizədə tələblər:
- Ali təhsil;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Proseslərin təhlili və optimallaşdırılması üzrə anlayış;
- MS Office, xüsusilə Excel proqramında yaxşı işləmək bacarığı;
- Hesabatların hazırlanması və məlumatların sistemləşdirilməsi bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi nitq;
- Güclü kommunikasiya və təşkilatçılıq bacarıqları;
- Məsuliyyətli, sistemli və detallara diqqətli olmaq.
İş şəraiti:
- İş yeri: Bakı
- İş qrafiki: Tam iş günü
- Əmək müqaviləsi: Rəsmi
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Əmək haqqı: 1800-2400 AZN (Namizə görə dəyişir)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.