Tərəfdaşlıqların inkişafı üzrə menecer

  • Истекает 19 ноябрь 2026

Vəzifə haqqında

Tərəfdaşlıq əlaqələrinin qurulması, strateji əməkdaşlıq imkanlarının araşdırılması və mövcud tərəfdaşlıqların inkişaf etdirilməsi istiqamətində çalışacaq peşəkar mütəxəssis axtarılır.

 

Əsas vəzifə öhdəlikləri

  • Yeni tərəfdaşlıq imkanlarının müəyyənləşdirilməsi və potensial tərəfdaşların araşdırılması;
  • Dövlət və özəl sektor nümayəndələri, korporativ şirkətlər və digər təşkilatlarla işgüzar əlaqələrin qurulması;
  • Strateji əməkdaşlıq təşəbbüslərinin hazırlanması və həyata keçirilməsinin koordinasiyası;
  • Mövcud tərəfdaşlarla münasibətlərin inkişaf etdirilməsi və uzunmüddətli əməkdaşlığın təmin olunması;
  • Tərəfdaşlıq layihələri üzrə danışıqların aparılması və əməkdaşlıq şərtlərinin razılaşdırılması;
  • Bazarın və sektor üzrə tendensiyaların təhlili, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi;
  • Rəhbərlik üçün hesabatların, təqdimatların və analitik materialların hazırlanması;
  • Müxtəlif struktur bölmələri ilə əməkdaşlığın koordinasiyası və tərəfdaşlıq hədəflərinin icrasının izlənilməsi.

 

 

Namizədə tələblər

  • Ali təhsil;
  • Rus dilini sərbəst bilmək;
  • İngilis dilini bilmək (B2 səviyyə minimum);
  • Yüksək səviyyədə kommunikasiya və danışıqlar aparmaq bacarığı;
  • Analitik düşüncə və biznes imkanlarını qiymətləndirmək bacarığı;
  • Təqdimat və hesabatların hazırlanması bacarığı;
  • MS Office proqramları ilə işləmək bacarığı;
  • Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük.

 

Üstünlüklər

  • Bank, telekommunikasiya, konsaltinq və digər iri korporativ şirkətlərdə iş təcrübəsi;
  • Strateji tərəfdaşlarla əməkdaşlıq və korporativ layihələrin həyata keçirilməsi təcrübəsi;
  • Müxtəlif maraqlı tərəflərlə iş və mürəkkəb danışıqların aparılması bacarığı.

 

 

  • Daily64
  • Weekly195
  • Monthly1619