Təsvir:
- İş yeri: Bakı, Azərbaycan
- İş rejimi: Tam ştat
Vəzifə öhdəlikləri:
- Yaxın Şərq regionunda baş verən siyasi və geosiyasi hadisələri izləmək, təhlil etmək və mütəmadi olaraq hesabatlar hazırlamaq
- Regional təhlükəsizlik, enerji siyasəti, beynəlxalq münasibətlər və siyasi qüvvələrin dəyişimi kimi mövzularda dərin araşdırmalar aparmaq
- Dövlət və qeyri-dövlət aktorlarının fəaliyyətini qiymətləndirmək
- Analitik məqalələrin, brifinqlərin və daxili qeydlərin hazırlanması
- Tədqiqatların nəticələrini rəhbərlik və partnyorlarla paylaşmaq, strateji qərarların verilməsinə töhfə vermək
- Lazım olduqda mətbuat və ictimaiyyət üçün ekspert şərhləri təqdim etmək
Təklif olunur:
- Rəqabətli əmək haqqı - 2000 AZN
- Peşəkar inkişaf və beynəlxalq platformalara çıxış imkanı
- Əlavə təlimlər və beynəlxalq seminarlar
- Rəsmi əmək müqaviləsi və sosial təminatlar
Tələblər:
- Siyasi elmlər, beynəlxalq münasibətlər və ya regionşünaslıq üzrə ali təhsil
- Ərəb dili və ya fars dili üzrə bilik üstünlükdür
- Bəylər üçün mütləq hərbi mükəlləfiyyət
- İngilis və Azərbaycan dillərində mükəmməl yazılı və şifahi bacarıq
- Analitik düşüncə, detallara diqqət və obyektivlik
- Müstəqil və komanda şəraitində işləmə bacarığı
- Etibarlı mənbələrlə işləmə və sürətli reaksiya vermə qabiliyyəti
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
- Təcrübə 1 ilədək
- Vəzifə dərəcəsi Mütəxəssis
- Əmək haqqı 2000 - 2500 AZN
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.