Vəzifə haqqında
Tərəfdaşlıq əlaqələrinin qurulması, strateji əməkdaşlıq imkanlarının araşdırılması və mövcud tərəfdaşlıqların inkişaf etdirilməsi istiqamətində çalışacaq peşəkar mütəxəssis axtarılır.
Əsas vəzifə öhdəlikləri
- Yeni tərəfdaşlıq imkanlarının müəyyənləşdirilməsi və potensial tərəfdaşların araşdırılması;
- Dövlət və özəl sektor nümayəndələri, korporativ şirkətlər və digər təşkilatlarla işgüzar əlaqələrin qurulması;
- Strateji əməkdaşlıq təşəbbüslərinin hazırlanması və həyata keçirilməsinin koordinasiyası;
- Mövcud tərəfdaşlarla münasibətlərin inkişaf etdirilməsi və uzunmüddətli əməkdaşlığın təmin olunması;
- Tərəfdaşlıq layihələri üzrə danışıqların aparılması və əməkdaşlıq şərtlərinin razılaşdırılması;
- Bazarın və sektor üzrə tendensiyaların təhlili, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi;
- Rəhbərlik üçün hesabatların, təqdimatların və analitik materialların hazırlanması;
- Müxtəlif struktur bölmələri ilə əməkdaşlığın koordinasiyası və tərəfdaşlıq hədəflərinin icrasının izlənilməsi.
Namizədə tələblər
- Ali təhsil;
- Rus dilini sərbəst bilmək;
- İngilis dilini bilmək (B2 səviyyə minimum);
- Yüksək səviyyədə kommunikasiya və danışıqlar aparmaq bacarığı;
- Analitik düşüncə və biznes imkanlarını qiymətləndirmək bacarığı;
- Təqdimat və hesabatların hazırlanması bacarığı;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük.
Üstünlüklər
- Bank, telekommunikasiya, konsaltinq və digər iri korporativ şirkətlərdə iş təcrübəsi;
- Strateji tərəfdaşlarla əməkdaşlıq və korporativ layihələrin həyata keçirilməsi təcrübəsi;
- Müxtəlif maraqlı tərəflərlə iş və mürəkkəb danışıqların aparılması bacarığı.